Talan nə vaxta qədər davam edəcək? - Səxavət Əlisoy yazır

Talan nə vaxta qədər davam edəcək? - Səxavət Əlisoy yazır
 

Son 20 ildə Çində 10 mindən artıq məmur rüşvət aldığına görə məhkəmə qərarı ilə güllələnib.

Bu dövlətdə 500 min dollara qədər rüşvət alan məmurun cəzası ölüm.

Dövlət 2015-ci ildən bəri ölkədən qaçmış 5000 rüşvətxor məmuru Çinə qaytarmağa nail olmuş və onlara məxsus 1,5 milyard dollar sərvəti müsadirə edib.

İndi bir anlığa Azərbaycan məmurlarını göz önünə gətirin.
Patamdarda, Atatürk prospektində, Bakının sotu 100 minlərlə dollarlıq məkanlarında, Abşeron bağlarında milyonlarla dollarlıq villaların sahibi olan yüksək vəzifəlilərin sayı yüzlərlə yox, minlərlə.

7-dən 77-yə hər kəs bilir ki, vəzifəlilər səltənətlərini yalnız rüşvət sayəsində qurub.

Di gəl ki, bizim qanunlar Çinlə müqayisədə çox humanist.
5-10 il vəzifədə olub 10 milyonlarla ölçülən sərvət sahiblərini ən uzağı bir neçə illiyə həbsə atır, və ya sadəcə, işdən çıxarırlar.

Ona görə də hər vəzifəyə təyin olunan bütün imkanlarından maksimum yararlanaraq dövləti talan edir.

Nə vaxta qədər davam edəcək? Qiyamətə qədərmi?

0.020880937576294