Məktəb direktoru yoxsa, fotomodel?
Son günlər mediada bir çox orta məktəb direktorlarının fəaliyyəti, daha dəqiqi məktəbdən, tədrisdən, təlim-tərbiyyədən uzaq fəaliyyəti geniş işıqlanmaqdadı.
Bakıda fəaliyyət göstərən köçkün orta məktəblərinin birinin müəllimi bizə öz direktorunun fotolarını göndərərək, onun qanunsuz əməlləri barədə redaksiyamıza məlumat verməyə hazır olduğunu bildirdi.
Sözün düzü, biz direktorun fotoları ilə tanış olduqda şoka düşdük. Həmin fotodakı gənc xanımın məktəb direktoru olduğuna şübhə ilə yanaşdıq. Çünki, bu xanım direktordan çox, foto modelə bənzəyir.
Odur ki, bu barədə araşdirmaya başlamağı qərar verdik.
Bu gənc xanım həqiqətənmi məktəb direktorudu? Bu xanımın rəhbərlik etdiyi məktəbdə hansı qanunsuzliqlar hökm sürur? /Aktualxeber/