Aktrisadan 1,5 milyon tələb olunur
Taxt oyunları" serialında canlandırdığı "Sörsi" obrazı ilə məşhurlaşan aktrisa Lena Hidi məhkəməyə verilib.
Paralel.az xəbər verir ki, buna səbəb aktrisanın "Thor: sevgi və ildırım" filmindəki rolundan imtina etməsi olub. Bundan sonra Lena çalışdığı eks-agentliklə problem yaşayıb. Agentlik son montajda səhnələri kəsilən sözügedən ekran işindəki rol da daxil olmaqla üç layihədən onlara komissiya ödənilmədiyi üçün məhkəməyə müraciət edib.
Agentlik sözügedən filmə görə aktrisanın aldığı məbləğin 7 faizini, "9 güllə" adlı ekran işindəki roluna görə 300 min dollar, daha bir dram serialı üçün isə 650 min dollar tələb edir. Lenadan ümumilikdə 1,5 milyon ödəniş etməsi istənilir.
Aktrisa isə iddiaları təqzib edərək heç vaxt müqavilə bağlamadığını vurğulayıb.