Tünzalə Əliyeva: "Sağalıb, sağalmayacağımın ehtimalını bilmirəm"

Tünzalə Əliyeva:
 

Xərçəngdən əziyyət çəkən Əməkdar artist Tünzalə Əliyeva hər həftə kimyaterapiya alır.

Paraıel.az axşam.az-a istinadən bildirir ki, bu haqda "Toppuş bacı" ləqəbli aktrisa instaqramda canlı yayımda deyib. O bildirib ki, şiş bütün bədəninə yayılıb:

"Beş ildir xərçəngdən müalicə alıram. 50-yə yaxın kimyaterapiya almışam. İndi hər həftə kimyaterapiyaya gedirəm. Sağalıb, sağalmayacağımın ehtimalını bilmirəm.

Kimyaterapiya həddən artıq çox alıram. Dərəcəsi də yüksəkdir. Anlayıram ki, Allah nə yazıbsa, o da olacaq. Allahımdan yalnız bir balaca möhlət istəyirəm. Başqa heç nə. Kimya limfaya, böyrək damarıma, ağciyərimə, sümüklərimə, qaraciyərimə, ümumiyyətlə, bütün bədənimə yayılıb".

 

0.032487869262695