Azərsu” və Melirasiya və Su Təsərrüfatı ASC Beyləqan əhalisini içməli su ilə təmin etmir

“Azərsu” və Melirasiya və Su Təsərrüfatı ASC Beyləqan əhalisini içməli su ilə təmin etmir
 

Rayon Əhalisi susuzluq problemi yaşayır 

Beyləqan yayı isti olan Aran rayonları sırasına aiddir. Yay gələndə bu rayonda həm suvarma, həm də əhalinin içməli su ilə təminatında ciddi problem yaranır.

Bu problemlər obyektiv və subyektiv səbəblərlə bağlıdır. Obyektiv səbəb odur ki, yayın istisində suya ciddi təlabat yaranır. Subyektiv səbəb isə Beyləqanda fəaliyyət göstərən Meliorasiya və Su Təsərrüfatı və "AZƏRSU" ASC-nin yerli təşkilatlarının müdirləri Azim Kərimov və Novruz Şirinov vəzifələrini icra edə bilmirlər.

Yüz mindən çox əhalisi, 1131 kv. km ərazisi, bir şəhəri, 15 qəsəbəsi, 24 kəndi və 39 yaşayış məntəqəsi olan Beyləqan rayonu əhalisinin əsas məşğuliyyətini kənd təsərrüfat və heyvandarlıq təşkil edir.

Beyləqanda yay aylarında suya olan ehtiyac bir neçə dəfə çoxalır. Belə şəraitdə hər iki idarə rəhbərləri rayon əhalisini içməli və kənd təsərrüfatını suvarma suyu ilə təmin edə bilmirlər. Azim Kərimov və Novruz Şirinov əsas vəzifə borclarını unudsalar da, idarədə işləyən insanların dediyinə görə, daim şəxsi qazancları barədə düşünürlər.

İdarədə çalışanların verdiyi məlumata görə, "AZƏRSU" və Meliorasiya və SU Təsərrüfatı ASC-nin Beyləqan rayonundakı idarə müdirləri Novruz Şirinovun və Azim Kərimovun cibində olan saxta əmək haqqı kartları vasitəsilə hər ay külli miqdarda pul qazanırlar.

Bu barədə Beyləqan Rayon prokurorluğuna bir neçə dəfə yazılı və şifahi məlumat daxil olsa da, hər iki idarə müdirinin törətdiyi saxtakarlıq yoxlanmayıb və hüquqi qiymət verilməyib.

Mirdaməd

P. S. Yazıda adı çəkilən şəxslərin mövqeyini dərc etməyə hazırıq

 

0.017044067382812