Amerikalı aktrisa Lindsi Lohan ərəbə ərə gedib

Amerikalı aktrisa Lindsi Lohan ərəbə ərə gedib
 

Amerikalı aktrisa Lindsi Lohan gizli ərə gedib.

Paralel.az xəbər verir ki, bu barədə məlumat aktrisanın sonuncu paylaşımında ortaya çıxıb. Doğum gününü qeyd edən Lindsi maliyyəçi və Dubaydan olan sevgilisi Bader Şammasomla fotosunda onu həyat yoldaşı kimi təqdim edib.

"Dünyanın ən şanslı qadınıyam. Sən məni tapdın. Sənin həyat yoldaşım olduğuna hələ də təəccüblənirəm. Həyatım, hər şeyim. Hər qadın hər gün belə hiss etməlidir" deyə, o, yazıb.

Qeyd edək ki, cütlük iki ildir münasibətdədir. Onlar ötən ilin noyabrında nişanlandıqlarını açıqlamışdılar.

0.015825033187866