Van Dammın azərbaycanlı gəlini: "Uzaq qalmaq çox çətindir" 

Van Dammın azərbaycanlı gəlini:
 

Hollivud ulduzu Jan Kloud Van Dammın oğlu Kristoferlə evlənən Suada Hacızadə sosial şəbəkə izləyicilərinin suallarını cavablandırıb.

Paralel.az baku.ws-yə istinadən xəbər ki, Suada suallardan birini cavablandırarkən həyat yoldaşı ilə illərdir tanış olmasına baxmayaraq, çox nadir hallarda bir araya gəldiklərini bildirib. Hacızadə Kristoferlə uzaqdan-uzağa sevgi yaşamasından danışıb:

"2016-cı ildən bəri dost kimi, sonra isə sevgili kimi yaşamışam. İndi də həyat yoldaşı kimi yaşayıram. Çox az zaman sonra yenidən birlikdə olacağıq. Uzaq məsafədə sevgiyə inanmırsınız. Ruh yoldaşlarımız bütün dünyada müxtəlif ölkələrdə ola bilər və biz bunu heç zaman bilə bilmərik. Mən öz ruh yoldaşımı onlayn tanımışam.

Bu bizə evlənməzdən əvvəl sadəcə video görüntü ilə danışaraq, pandemiya və müharibə zamanı internetin olmadığı vaxtlardan keçib. Əvvəl fiziki görünüş yox, ruhlarımızın, ürəklərimizin bir-birini anlamağa şansı yarandı. Viza prosesini gözlədiyimə görə uzaq qalmaq çox çətindir. Lakin elə gün olmur ki, 1 saat fərqlə, tələsərək işə də qaçanda, yolda da, hər yerdə mənə zəng edir, 2 dəqiqə də olsa "Səni sevirəm", "Gecən xeyrə" deyir. Hər keçdiyimiz çətinlik sevgimizə dəyər".

Qeyd edək ki, cütlük ötən il iyunun 17-də Azərbaycanın Türkiyədəki baş konsulluğunda doğmalarının iştirakı ilə baş tutan nikah mərasimində ailə həyatı qurub. Suada Bakıda yaşayır. O, bunun səbəbinin ABŞ-da yaşamaq üçün viza almağa çalışması olduğunu deyib.

0.025764226913452