NAFTALAN ŞƏHƏRİNDƏ VƏTƏNDAŞLARLA GÖRÜŞ KEÇİRİLİB
"Bu gün sizlərlə keçirilən görüş "Açıq mikrofon" aksiyası çərçivəsində sayca 99-cu görüşümüzdür. Birlik rəhbərinin göstərişi ilə bütün ölkə üzrə vətəndaşlarla görüşlər keçirərək, qaz təsərrüfatına dair problemlərin yerindəcə həllinə yardımçı oluruq". Bu sözləri SOCAR “Azəriqaz” İstehsalat Birliyinin Qazın balansı və hesabatı şöbəsinin rəis müavini Ceyhun Abdullayev Naftalan şəhərində vətəndaşlarla keçirilən görüş zamanı bildirib. Vətəndaşlar görüşdə işə qəbul, sonradan ödənişli (mexaniki tipli) qaz sayğacının əvvəlcədən ödənişli (smart-kart tipli) qaz sayğacı ilə əvəz olunması, küçə qaz xəttinin çəkilməsi ilə bağlı müraciət ediblər. Sakinlərin ünvanladıqları suallar Birliyin Gəncə Regional qaz istismarı İdarəsinin rəhbər şəxsləri tərəfindən cavablandırılıb.