Ağstafa təhsilində özbaşınalıq...

Ağstafa təhsilində özbaşınalıq...
 

 

 

Bəlli olduğu kimi, işdən çıxarılan Ağstafa rayon Şahin Abadov adına Aşağı Kəsəmən kənd orta məktəbinin direktoru Mətanət Məmmədovanın yerinə hələ də təyinat olmayıb.

Paralel.az faktinfo.az-a istinadla xəbər verir ki, sözügedən məktəbə direktor olmaq üçün pul verən yoxdur. Belə ki, kənddə gəzən şayiələrə görə, direktor olmağın qiyməti 7 min manatdır. Bu məbləği verən isə hələ ki yoxdur. Məlumatda o da vurğulanır ki, rayon Təhsil Şöbəsinin sektor müdiri əvəzi Mədət Zeynalov bəzi "gedişlər" edib. Məlumata görə, o,  "səmimiyyət pərdəsi" altında Şahin Abadov adına Aşağı Kəsəmən kənd orta məktəbinin müəllimini Emin adlı şəxsin yanına qəbula göndərib. Tərəflər görüşmədən qəbula göndərilən şəxsə sonradan Təhsil Şöbəsinin sektor müdiri əvəzi tərəfindən bildirilib ki, müxalifətçi olması səbəbindən direktor olması mümkünsüz hesab edilib.

Əslində, o, heç bir siyasi partiyanın üzvü deyil. İkinci də, qəbula göndərilən şəxsin müxalifətçi olub-olmamasını onunla həmyaşıd olan Mədət Zeynalov bilmirdi ki?! Hər halda, bu "gedişin" bir imitasiya olduğu ağlı başında olan hər kəs üçün yetərli olmalıdır. 

Paralel.az

0.023144006729126