Rəşad Musayev Beyləqan rayonunda təhsil işçiləri ilə görüşüb.

Rəşad Musayev Beyləqan rayonunda təhsil işçiləri ilə görüşüb.
 

Mil-Muğan Regional Təhsil İdarəsinin müdiri Rəşad Musayev Beyləqan rayonunda təhsil işçiləri ilə görüş keçirib.

2021-2022-ci dərs ilinin yekunları və yeni tədris ilində qarşıda duran vəzifələrə həsr olunan görüşdə Beyləqan rayon təhsil sektorunun əməkdaşları, ümumi və məktəbdənkənar təhsil müəssisələrinin rəhbərləri iştirak edib.

Görüşdə Rəşad Musayev çıxış edərərk Sabirabad, İmişli, Saatlı və Beyləqan təhsil ictimaiyyətinin qarşısında duran vəzifələrin icrası istiqamətində görüləcək işlərdən danışıb.

Təhsilin keyfiyyətinin daha da yüksəldilməsi, məktəbəhazırlıq qruplarının fəaliyyəti, təmayülləşmə və təhsil sahəsindəki həyat keçirilən yenilikləri diqqətə çatdırıb. O, digər mövzular haqqında fikirlərini bildirib, bu istiqamətlər üzrə məktəb rəhbərlərinin üzərinə düşən vəzifələrdən söhbət açıb.

Görüşdə müzakirə olunan məsələlərlə bağlı məktəb direktorlarına müvafiq tövsiyə və tapşırıqlar verilib.

Sonra məktəb direktorları ilə aktual məsələlərlə bağlı müzakirələr aparılıb, onları maraqlandıran suallar cavablandırılıb.

Röyal

0.017639875411987