“1 manatlıq” şirkətə milyonluq tenderlər...
Bəlli olduğu kimi, Masallı rayon İcra Hakimiyyəti başçısının Masallı şəhər üzrə nümayəndəliyi şəhərin abadlıq işləri ilə bağlı elan etdiyi açıq tenderə yekun vurub.
Paralel.az ölkə.az-a istinadən xəbər verir ki, tenderin qalibi “Elnur-2” universal istehsalat kommersiya şirkəti olub. Nəticədə, qalib şirkətlə 628,450 min manat dəyərində satınalma müqaviləsi imzalanıb.
Məlumat üçün qeyd edək ki, daha əvvəl də Masallı rayon İcra Hakimiyyəti Viləş çayının Masallı şəhərinin mərkəzindən keçən hissəsində çay sahilindəki ərazinin sel və daşqın sularından mühafizəsi üçün bu ərazidə Viləş çayının yatağının 750 pm hissəsinin beton məcraya salınması məqsədilə layihə sənədlərinin hazırlanması və tikintisinin satın alınması ilə bağlı tenderdə “Elnur-2” universal istehsalat kommersiya şirkətini qalib edib və şirkətə 655,200 min manat ödənilib.
Qeyd edək ki, “Elnur-2” universal istehsalat kommersiya şirkəti 1994-cü ildə dövlət qeydiyyatına alınıb və onun qanuni təmsilçisi Abıyev Zaur Niyaz oğludur.
Maraqlısı isə odur ki, Bakı şəhəri, Binəqədi rayonu, Süleyman Sani Axundov küçəsi, ev 11/35, m. 57 ünvanında qeydiyyatda olan şirkətin nizamnamə kapitalı 1,6 manatdır.
Paralel.az