Qazi intiharı ilə gündəmə gələn Siraqəddin Cabbarov...

 

Qazi intiharı ilə gündəmə gələn Siraqəddin Cabbarov... 
 

 

Mətbuatda məmurlar barədə müntəzəm yazılar dərc edilir. Paralel.az bu dəfə 2008-ci ildən 2019-cu ilə qədər Saatlı Rayon İcra Hakimiyyətinin başçısı, 2019-cu ildən isə Sabirabad Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsində çalışan Siraqəddin Cabbarov barəsində materialı təqdim edir.

İmişli rayonundan olan Siraqəddin Cabbarovla bağlı məqamlara keçməzdən öncə qeyd edək ki, Ramiz Mehdiyevin kürəkəni, Milli Məclisin sabiq üzvü İlham Əliyevin anası da İmişilidən, atası isə Maştağadandır. Siraqəddin Cabbarovun icra başçısı olması məhz Ramiz Mehdiyevin kürəkəni İlham Əliyevlə bağlıdır. Daha dəqiq desək, İmişlidən olan bir deputatın anası ilə Ramiz Mehdiyevin kürəkəni İlhamın anası İmişlidən olduğu üçün dost idilər. Deputatın sözü ilə də Ramiz Mehdiyevin kürəkəni qayınatasından xahiş edib və Siraqəddin Cabbarov Saatlının icra başçısı olub.

Bəli, “xozotdel”-“profkom”, sonra isə icra başçısı olan  Siraqəddin Cabbarov 1959-cu ildə İmişlidə doğulub, 1981-ci ildə Politexnik İnstitutunu mexannik ixtisası üzrə bitirib. O, Bakı Metaləritmə zavodunda komsomol katibi, “profkom”un sədri, 1989-cu ildən 2008-ci ilə kimi Binəqədi Rayon İcra Hakimiyyəti başçısı aparatında “Mənzil bölüşdürməklə” məşğul, Təsərrüfat şöbəsinin - “xozotdel”in müdiri və başçının müavini olub.

2008-ci ildən 2019-cu ilə qədər Saatlı Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsində çalışıb və 2019-cu ildən Sabirabad Rayon İcra Hakimiyyətinin başçısıdır.

Keçmiş “xozotdel” həmişə pullu vəzifələrdə işləyib, mənzil satıb, həmkarların pulsuz putyovkalarını satıb, icra hakimiyyəti üçün aftafaların, mebellərin və s. malların alınması, yəni “xoztovar” məsələsinə baxıb. Günün birində isə Ramiz Mehdiyevin “xeyir-dua”sı ilə Saatlının icra başçısı olub.

Bu adam hələ Binəqədidə icra başçısının müavini olarkən, müxtəlif avtobus marşrutlarını ələ keçirib, rayon ərazisində xeyli sayda ticarət obyekti, mülkləri var. Hətta Binəqədidə İlhamə adlı xanıma dəyəri 100 minlər olan villa tikdirib və ad günündə hədiyyə edib. 

Bir xanıma 100 min dəyəri olan villa hədiyyə edən Cabbarov Qarabağ qazisinin ailəsini qəbul etmək istəmir.

İkinci Qarabağ Müharibəsində şəhid olanların ailələri icra başçısı Siraqəddinin davranışlarından və üzərinə düşən qanuni vəzifələrini icra etməməsindən dövlət qurumlarına nə qədər şikayət yazırlar.

Bu adam aylarla gəlib-gedən sakinləri qəbul etmir, narazı vətəndaşlar Prezident Aparatına qəbula gedirlər.

Axı vətəndaş niyə yüz kilometrlərlə yol qət edib PA-ya getməlidir?!

Siraqəddin Cabbarov dövlətdən nə üçün maaş alır?!

Sakinlər yazır ki, aylarla bizi qəbul etməyən icra başçısı sakinləri qəbul edəndə də təhqir edir, hətta qəbul zamanı 70 yaşlı rayon sakininin üzərinə cumaraq ona söyüş söyür, təhqir edir.

 200 min nəfərə yaxın əhalisi, 80-dən çox kəndi və rayon mərkəzi olan bir rayonun taleyini Siraqəddin Cabbarova tapşırıblar.

Hansı ki, bu adam şəhid ailələrinə, qazilərə həqarətlə yanaşır.

Hətta qazilər yazır ki, bu adam bizə nifrət edir.  Bunun səbəbi nədir?! 

Paralel.az

0.015956878662109