Erməni şirkətinin Bakı fəaliyyəti 

Erməni şirkətinin Bakı fəaliyyəti 
 

 

 

Mətbuatdan bəlli olduğu kimi,  bugünlərdə taksi xidmətlərinin həddindən artıq ucuz olması səbəbindən dolayı taksi sürücülərinin etirazı gündəmə gəlib. Lakin bundan istifadə edən bəzi şirkətlər qiyməti birdən-birə 2 dəfə qaldırıb. Paralel.az  sitat.info-ya istinadla taksi xidmətlərinin qiymətinin araşdırılmasından xəbər verir.

Məlumata görə, "Bolt" və "Uber" kimi şirkətlər son bir həftədir ki, taksi xidmətini bahalaşdırıb.

Bu bahalaşmanın dərəcəsi məsafədən asılı olaraq dəyişir. Məsələn, "Bolt"la "Neftçilər" metrosu yaxınlığından Yeni Günəşli qəsəbəsinə axşam saatlarında 2 manata getmək mümkün idisə, indi bu qiymət minimum 4-5 manat civarında olub.

Uberdə də demək olar ki, eyni qiymətlərdir, o, maksimum 30-40 qəpik fərq edə bilər.

Dünən axşam saatlarında, elə də pik olmayan saatda Bolt sərnişini 4 manat 70 qəpiyə Neftçilərdən Yeni Günəşliyə aparıb. Özəl taksilərdə isə qiymət o qədər də bahalaşmayıb. Sürücülər standart qiymətlərlə işləyirlər.

Bolt və Uber şirkətlərində çalışan sürücülər bunu belə əsaslandırıb: "Bu sahədə vəziyyət acınacaqlıdır. Heç bir sürücü taksi şirkətlərindən razı deyil. Qazandığımız benzinə, şirkətə və maşının sıradan çıxan ehtiyat hissələrinə gedir. Şirkət çox hallarda elə bir sifariş verir ki, məcbur olub  gedirik. Getməsən də kənarlaşdırıla bilərsən. Qara Qarayevdən Qaraçuxura 1 manat 40 qəpiyə getdiyimiz vaxtlar olub. Buna dəyərmi? Biz sürücülərə qarşı haqsızlıqdır. Son günlər müəyyən qədər bahalaşma var. Baxırsan ki, şirkət gediş haqqını normal yazır. Açığı, bahalaşma biz taksi sürücülərinin xeyrinədir. Ancaq gərək camaatda da pul ola".

Bəs, bu bahalaşma təkcə Uber və Bolt şirkətlərindədirmi? Məsələ ilə bağlı *2111 taksi şirkəti ilə əlaqə saxladıqda operator da bunu təsdiqləyib.  O bildirib ki, son günlər xidmətlərin bahalaşması ilə bağlı şikayətlər daxil olur.

Qeyd edək ki, "Uber" və "Bolt" şirkəti erməni səhmdarlara məxsusdur. Bu şirkətlər Azərbaycanda ən ucuz taksi fəaliyyəti göstərən şirkətlər hesab olunurlar.

Paralel.az

0.016890048980713