Əvəz Qocayevin gözqamaşdıran sərvəti...

 

Əvəz Qocayevin gözqamaşdıran sərvəti... 
 

 

 Ölkədə müxtəlif sahəni təmsil edənlərin sərvəti barədə  mütəmadi məlumatlar səsləndirilir. Paralel.az bu dəfə AMİA.az-a istinadla Əvəz Qocayevin mülklərinin siyahısını təqdim edir:

1. “Ocaq” ailəvi-restoran ( Binəqədi, Digah yol kəsişməsi 4)

2. Yasamal, Xətai, Sahil rayonlarında “Ocaq” (restoran, kafe, art) şəbəkəsi

3. Tovuz rayonu, Əyyublu kəndində böyük ferma, artezian quyular

4. Port-Bakunun üstündə sahəsi 130 kv.m olan 3 otaqlı mənzil

5. “NN” Gözəllik salonları şəbəkəsi (şəhərin müxtəlif yerlərində - qızı Xatirə Qocayevanın idarəçiliyində)

6. H.Əliyev küçəsində “Real” MTK-da 380 kv.m olan ofis (ASAN xidmətin arxası)

7. Binəqədi rayonu Cəfər Xəndan küçəsi 28, mənzil 23 ünvanında sahəsi 155 kv.m olan 4 otaqlı mənzil

8. Özəl və dövlət banklarında həyat yoldaşı Tamella Qocayevanın adına 10 milyon manat depozit (həyat yoldaşının və ayrı-ayrı şəxslərin adına rəsmiləşdirilmiş, təkcə bu depozitlərdən 12 faizlə aylıq faiz gəlir təxminən 200 min manat)

9. Köhnə “Varovski”də 3 mərtəbə villa

10. Novxanıda ayrı-ayrılıqda 3 villa

11. “Star-M” MTK-da ümumi sahəsi 320 kv.m olan 7 otaqlı iki mənzil

12. “REAL” MTK-da 4 otaqlı sahəsi 185 kv.m olan mənzil

13. Port-Bakuda 150 kvm daha bir mənzil

14. Binəqədi rayonunda böyük torpaq sahələri

15. Moskvada mənzil, Türkiyədə məşhur Leventdə mənzil

16. Qızı X.Qocayevanın adına 2 milyon depozit

17. Şüvəlanda villa

18. Özünə və ailəsinə məxsus “Rang Rover”, “Audi Q7”, “Sklass Mercedes”,” Porche”, “BMW” markalı bahalı avtomobillər

19. Tovuz rayonunun özündə və Əyyublu kəndində tikinti materialları mağazası

20. Dərnəgüldə tikinti materialları mağazası

21. Bir tender şirkəti, “Polat Qapı Yol” şirkəti ilə şəriklik və s…

AMİA.az xəbər verir ki, Əvəz Qocayev Azərbaycanda ən imkanlı var-dövlət sahibi olan məmur kimi tanınır.

P.S. Qarşı tərəf də öz mövqeyini söyləyə  bilər.

Paralel.az

0.016872882843018