Acı reallıq: xəbər verməyəndə məsuliyyət daşıyırsan, xəbər verəndə həbsdə yatırsan

Acı reallıq: xəbər verməyəndə məsuliyyət daşıyırsan, xəbər verəndə həbsdə yatırsan
 

Arif Rəhimov - Elmar Əliyev tandemi Gənclər və İdman Nazirliyini çökürdür

Qüvvədə olan Cinayət Məcəlləsində deyilir ki, hansısa cinayət barədə məlumatlı olub müvafiq dövlət orqanlarına xəbər verməmək hüquqi məsuliyyət yaradır. Bunu anladıq. Bəs cinayət barədə məlumat aidiyyəti dövlət qurumlarına məlumat verilsə də, məsələ araşdırılıb tədbir görülmürsə nə olur? Qəliz sualdır, eləmi? Nümunə var, gəlin cavabı orda axtaraq.

Qeyd edək ki, xeyli müddətdir əksər sayt, sosial şəbəkə və qəzetlərdə məhz bu qalmaqaldan bəhs edən silsilə yazılar dərc olunur. Yazılardan bəlli olur ki, şəxs bildiyi cinayət hadisəsi barədə müvafiq dövlət orqanlarına yazılı məlumat versə də, heç bir tədbir görülməyib, əksinə, bir müddət keçəndən sonra şəxsin özünü cinayəti barədə məlumat verdiyi şəxs(lər)in istəyi ilə həbs ediblər. Söhbət iş adamı “Firstec” MMC-nin hazırda məhkəməsi gedən direktoru Tural Heydərlidən gedir. Tural Heydərli prezident də daxil, aidiyyəti dövlət qurumları rəhbərlərinə vaxtilə yazmış olduğu müraciətin birini də mərhum nazir Azad Rəhimova ünvanlayıbmış. Müraciətin mətninə keçməzdən əvvəl maraqlı bir məqamı da vurğulayaq ki, müraciətdə adı keçən Elmar Əliyev indi də mərhum nazirin oğlu Arif Rəhimovun dolayısıyla Gənclər və İdman Nazirliyinə bağlı olan Bakı Şəhər Halqası Əməliyyat Şirkətində (BCCOC) aylıq maaşı 6799 manat olmaqla (Milli Məclisin sədrinin maaşından 4324 manat çox) mühasib vəzifəsində işləyir.

Elmar Əliyev


Beləliklə, gələk Tural Heydərlinin mərhum nazirə sağlığında yazmış olduğu (cinayət barədə məlumat vermə də demək olar) məktubun məzmununa. Tural Heydərli yazır:

“…Hörmətli Azad müəllim!

Hazırkı şikayət ərizəsi ilə bildirirəm ki, mən “SET HOME” MMC-nin təsisçisi və direktoruyam. Bundan əvvəl mən barəsində şikayət etdiyim Əliyev Elmar Ziyafət oğlu (şəxsiyyət vəsiqəsi AZE № 15290465) ilə birgə sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq məqsədilə “Firstec” MMC-ni təsis etmişik. Həmin şirkət əsasən məişət avadanlıqlarının satışı ilə məşğul olurdu. Əliyev Elmar Ziyafət oğlu münasibətlərimizin normal olduğu vaxtda sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq üçün şərikiylə qoyduğu pulların Bakı 2015 Avropa Oyunları Əməliyyat Komitəsinin Maliyyə Direktoru vəzifəsində işləyərkən topladığını bildirib.

Hazırda ölkəmizdə korrupsiyaya qarşı sərt mübarizə tədbirlərinin aparıldığı bir vaxtda Əliyev Elmar Ziyafət oğlunun fəaliyyəti və topladığı sərvətin araşdırılması aparılarsa, onun korrupsiya elementlərinə yol verməsi təsdiqini tapar. Belə ki, Elmar Əliyevə məxsus olan çoxsaylı daşınar daşınmaz əmlaklar mövcuddur. Həmçinin Elmar Əliyev xarici ölkələrdə xüsusilə də Almaniyada çoxsaylı daşınmaz əmlaklara malikdir. Elmar Əliyevin, həmçinin onun atası Ziyafət Əliyevin məmur olduğu, yəni onların hər ikisinin sahibkarlıq fəaliyyəti ilə məşğul olmalarının qanunla qadağan edildiyi nəzərə alınarsa, bu halda Elmar Əliyevin sərvətini hansı yollarla topladığı məlum olar.

Bundan başqa, Elmar Əliyev Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin nəzdində fəaliyyət göstərən Avropa Oyunları, İslam Oyunları, Formula-1 və sair təşkilatlarda işləyərkən Avropa ölkələrində siyasi sığınacaq almaq istəyən şəxslərə həmin təşkilatlarda işləmələri və yüksək əməkhaqqı almaları barədə saxta arayışlar verib. Belə arayışlar Avropa ölkələrinin səfirliklərindən viza almaq üçün vacibdir. Belə arayışlardan biri də, Rəcəbov Fuad Xaliq oğluna verilmiş 06 sentyabr 2019-cu tarixli 488//09 saylı arayışdır. Elmar Əliyev qanunsuz əməllərini həyata keçirərkən Tədbir Əməliyyat Komitəsinin (EVENTOC) Baş Direktoru Elçin Səfərovun da, imzasını saxtalaşdırmaqdan çəkinmiyib. Baş verənlər barədə Gənclər və İdman Naziri olaraq Sizə rəsmi müraciət ünvanlamışam. Ümid edirəm ki, Siz Elmar Əliyevin vəzifə səlahiyyətlərindən sui-istifadə etməsi hallarına göz yummayacaqsınız. (Görünən odur ki, xəbər verildiyi halda mərhum nazir bu qanunazidd əməllərə göz yumub-red.) 

Arif Rəhimov

Təəssüflə qeyd edilməlidir ki, Gənclər və İdman Nazirliyinin təşkilatçılığı ilə keçirilən beynəlxalq yarışlarda qaliblərə verilməsi üçün nəzərdə tutulan medalların qeydiyyatı aparılmayıb. Yarış qaliblərinə verilməsi üçün nəzərdə tutulan medalların xeyli hissəsi Türkiyədə ayrı-ayrı biznes adamlarına satılıb. Müvafiq dövlət orqanları maraqlı olarsa, nümayəndə ayıra və mən həmin şəxslə birlikdə Türkiyədə medal verilən iş adamlarını təqdim edə bilərəm. Əlavə olaraq bildirirəm ki, Sizə şikayət ərizəsi ilə müraciət etdikdən sonra Elmar Əliyev mənə olan təzyiqləri daha da artırıb.

Eyni zamanda Elmar Əliyev qanunsuz əməllərinin bir çoxunu SOCAR-ın adından istifadə etməklə həyata keçirir. Belə ki, Elmar Əliyevin atası Əliyev Ziyafət Əsgər oğlu ARDNŞ-in tabeçiliyində fəaliyyət göstərən “SALYANNEFT” MMC-nin direktorudur və o da, çoxsaylı qanunsuz əməllərə yol verib. ARDNŞ prezdenti cənab Rövnəq Abdullayevin Elmar və Ziyafət Əliyevlərin qanunsuz hərəkətlərinin araşdırması zəruridir.

Təəssüflə qeyd edilməllidir ki, Azərbaycan Respublikasının Birinci Vitse-Prezidenti Mehriban xanım Əliyeva Avropa Oyunlarının ən yüksək səviyyədə baş tutması üçün bütün imkanlarını səfərbər etdiyi halda maliyyə məsələlərinə cavabdeh olan Elmar Əliyev ona olan etibardan sui-istifadə edərək qanunsuz yollarla kapital toplamaqla məşğul olub”.

Müraciətdə kifayət qədər ciddi ittihamlar olsa da, sabiq nazir heç bir tədbir görməyib, əvəzində məktub müəllifinin iqtisadi maxinasiya və konkret cinayət əməlində suçladığı şəxs-Elmar Əliyev hakimiyyətindəki əlaqələrindən istifadə edərək biznes ortağını həbsə atdıraraq onun MMC-dəki payını, mağazalardakı mallarını, kredit müqavilələri üzrə yığımlarını da, ələ keçirib. “Qaz gələcək yerdən toyuq əsirgəməyən” iqtisadçı-mühasib “yüz ölçüb bir biçdikdən” sonra Bakı şəhəri Xətai rayon Prokururluğunu “satın alıb”. Nəticədə Elmar Əliyev nə “çalırsa”, Bakı şəhəri Xətai rayon Prokururluğu onu “oynayır”.

Azad Rəhimova gəlincə iddia etmək mümkündür ki, mərhum nazirin bu şikayəti araşdırmaması, hətta müraciət müəllifinə cavab belə yazmaması Əliyev Elmar Ziyafət oğlunun nazirin oğlu Arif Rəhimovla “yaxınlıq etməsi” ilə bağlıdır. Arif Rəhimov BCCOC-nun icraçı direktoru, Elmar Əliyev isə baş mühasibidir. Əlbirlik ortadadı. Həm Arif Rəhimovun, həm də Elmar Əliyevin əlbir olmaları onların korrupsiya elementlərinə yol vermələri barədə mətbuat yazılarının mövcudluğu ilə də, təsdiq edilir. Arif Rəhimovun adı bundan əvvəl «DDLAR İnşaat» QSC qalmaqalında hallanmışdı. İndi isə “BCCOC qalmaqalı”. Sonuncu qalmaqalın ortaya çıxması, mətbuatın BCCOC-ya diqqət ayırması, nəticədə Arif Rəhimovun “məhşurlaşması” Elmar Əliyevlə, daha doğrusu onun hər keçən gün ictimaiyyətə faş olan topdağıtmaz sərvətləri ilə bağlıdır. “LEXUS LX470” markalı 10-VT-042 dövlət qeydiyyat nişanlı, “MERCEDES BENZ S350” markalı 99-FH-010 dövlət qeydiyyat nişanlı, “LAND ROVER RANCE ROVER” markalı 90-OE-010 dövlət qeydiyyat nişanlı və sair avtomobil, daşınar və daşınmaz əmlak kolleksiyası. Elmar Əliyev və tayfası daha hansı əmlaklara məxsusdur? Araşdırmalar davam edir.

Qəhrəmanov Turqut Oruc oğlu

Araşdırma tələb etməyən faktlardan biri isə Əliyev Elmar Ziyafət oğlunun qohumu Qəhrəmanov Turqut Oruc oğlunun adı üzərində biznes fəaliyyəti ilə məşğul olarkən şərikliyə 290 min ABŞ pul qoymasıdır. Obyektivlik naminə qeyd edək ki, bu faktı mətbuat deyil, Elmar Əliyev özü istintaq orqanına açıqlayıb. 290 min məsələsi araşdırma tələb etməsə də, Qəhrəmanov Turqut Oruc oğlunun adı üzərində biznes qurulmasına baxmayaraq onun kassa mədaxil orderinin qəbzi, qaimə, gömrük və vergi sənədlərinin olmaması araşdırma tələb edir. Başqa sözlə, Qəhrəmanov Turqut Oruc oğlunu Azərbaycan Respublikası Nazirlər Kabinetinin 27 avqust 2004-cü il tarixli 118 nömrəli qərarı ilə təsdiq edilmiş “Müəssisə və təşkilatların, habelə sahibkarlıqla məşğul olan fiziki şəxslərin iş xüsusiyyətlərinə uyğun olaraq ciddi hesabat blanklarının tərtibi və tətbiqi Qaydaları”nın tələblərini pozmağa kim vadar edib? Doğrudur, bu sual Dövlət Vergi Xidmətinin Vergi Cinayətlərinin İbtidai Araşdırılması Baş İdarəsinə aidir. Bəs necə, gömrük və vergi sənədləri, elektron qaimələr, digər ciddi maliyyə-hesabat sənədləri olmadan Qəhrəmanov Turqut Oruc oğlu 3000-dən artıq vətəndaşa məişət texnikasını neçə satıb? Hardan və neçəyə alıb ki, daha baha qiymətə vətəndaşlara satıb? Ümumiyyətlə, Turqut Qəhramanov milyonluq biznes fəliyyəti nəticəsində nə qədər vergi ödəyib? Belə çıxır ki, Elmar Əliyev öz şəxsi maraqları naminə qohumu Turqut Qəhramanovu da, “yandırmaq” fikrindədir.

Bəs görəsən Elmar Əliyevin şərikini şərləyib sifarişlə həbs etdirdikdən sonra onun Turqut Qəhramanov, “FİRSTEC” MMC və “SET HOME” MMC-yə məxsus naturada ələ keçirdiyi əmlakların miqdarı, kredit müqavilələrinin sayı və dəyəri, nəğd və nisyə satışdan əldə edilən pulların miqdarı nə qədərdir? O da maraqlıdır ki, iqtisadçı-mühasib şərikliyə qoyduğu 290 min ABŞ dollarının neçə qatını “çıxarıb”? Elmar Əliyev mühasib kimi iqtisadi əhəmiyyət kəsb edən bu suallara cavab verməyə hazırdısa, elə biz də onu dinləməyə hazırıq.

Paralel.az

0.018283128738403