Ölkə vətəndaşı aldadılıb

Ölkə vətəndaşı aldadılıb
 




Ölkə vətəndaşlarının problemləri bitib-tükənmir Bu sırada növbəti şikayət Bakı şəhəri, Nəsimi rayonu, D.Əliyeva 241, mənzil 26 ünvanında yaşayan
Fəridə Zərbəliyeva tərəfindən səslənib. Azad İstehlakçılar Birliyinə müraciət edən şikayətçi belə söyləyir: “Mən “Maxi.az”ın 28 May filialında yerləşən mağazasına telefonla maraqlanmaq üçün getmişdim. Mağazada satıcıya İpone 13 pro 256 GB telefonunu almaq istədiyimi dedim. O, Ramazan ayına özəl, mayın 3-nə kimi kampaniya olduğunu və bu müddət ərzində telefon alsam, 50 manatlıq bonus əldə edəcəyimi bildirdi. Orijinal olub-olmadığını soruşanda isə o, bildirdi ki, orijinallığına tam zəmanət veririk, çünki bizim mağaza İponenin rəsmi distribütorudur. Satıcı Rafət bəy telefon nömrəmi qeyd edib telefonu ayırıb saxlaya biləcəyini dedi. Mən də ona düşünəcəyimi bildirdim.
Həmin satıcı mənə zəng vurub bildirdi ki,  kampaniyanın son günüdür və telefonu mənim üçün saxlayıb. 03.05.2022-ci il tarixində mağazadan İpone 13 pro 256 GB telefonunu aldım, telefonun orijinal adapterini istəyəndə isə o, qalmadığını bildirdi. Əvəzinə mənə başqa adapter satıldı və əlavə olaraq 10 manat da ödəniş etdim. Satıcı telefonun işlək olub-olmadığını yoxlayandan sonra hər-hansı bir problem olsa, 14 gün ərzində qaytarmaq və dəyişdirmək imkanının olduğunu söylədi. Telefonu alanda satıcı bildirdi ki, biz universal zəmanət veririk, bu da dünyanın bütün ölkələrində keçərlidir.  Zəmanət talonu istəyəndə isə bildirdi ki, hər-hansı bir problem yaşansa, kompüterdə adınızda zəmanət qeyd olunub.
Evdə telefona diqqətlə baxdıqda yandakı səssizlik rejiminə keçirən düymədə əyrilik olduğunu aşkarladım. Həm də oradan aldığım adapterin telefonun batareyasının müddətini azaltdığını dedilər və geri qaytarmağı məsləhət gördülər. Mən bir saat sonra   mağazaya qayıtdım, amma mağaza bağlanmışdı. Səhər yenidən mağazaya yaxınlaşdım, orada mağazanın səlahiyyətli şəxsi Elvin bəylə danışdım və telefonda olan qüsuru ona bildirdim. O, telefonun qüsurlarını çəkdi, sonra da mənə servisə müraciət etməyimi bildirdilər. Adapteri geri qaytardım, 07.05.2022-ci ildə isə servisə müraciət etdim.
18.05.2022-ci ildə servisdən mənə zəng vurub bildirdilər ki, akt hazırdı. Aktda telefonun qüsursuz olduğu qeyd olunmuşdu.  Telefona baxdıqda gördüm ki, qüsur aradan qaldırılıb.  Servisdə çalışanlara bildirdim  ki, bu, qüsurlu telefon idi, amma qüsur aradan qaldırılıb, mən sizə aldığım qüsurlu telefonu təqdim etmişdim. O zaman onlar  problemi mağaza ilə həll etməli olduğumu dedilər.
Mən yenə də mağazaya qayıtdım,  orda mənə “sənəddə qüsursuz qeyd olunduğu üçün biz hec nə edə bilmərik”  dedilər.  Etirazımı bildirəndə onlar mənə   “Maxi.az”ın baş ofisinə müraciət etməyimi bildirdilər.
20.05.2022-ci ildə baş ofisə getdim,  Kamran bəyə şikayətimi bildirdim. O, qeydlər edib 23.05.2022-ci ildə mənimlə əlaqə saxlanılacağını bildirdi. Lakin çox gözləsəm də, zəng gəlmədi. Sonra mənimlə mütləq əlaqə saxlamaqlarını tələb etdikdən sonra Kamran müəllim mənimlə əlaqə saxladı və telefonun qaytarılması, dəyişdirilməsinin mümkün olmadığını bildirdi.  Təkidlə qaytarılmasını tələb etdikdə, o mənə Apple Rəsmi Servis Mərkəzinin nömrəsini  verərək onlara müraciət etməyimi dedi.
Həmin servisə müraciətdə isə Humay xanım mənə məsələ ilə bağlı Antiinhisara müraciət etməyimi bildirdi.  Müvafiq aktı Humay xanıma təqdim edəndə o, qüsurlu düyməyə əsasən deyil, başqa işlək düymənin yoxlanılması əsasında akt təqdim etdiklərini dedi. Həmin an Kamran bəyə zəng vuraraq şikayətimi yenidən bildirdim. Antiinhisara və AİB-ə müraciət edəcəyimi bildirdim. O isə “hara istəyirsən müraciət et”  dedi.
Mənim istehlakçı hüququm pozulub. Xahiş edirəm, hüququmu qoruyasınız. Mağazaya inamım tam itdiyi ucun telefon qaytarılsın, ödədiyim 3220 (üç min iki yüz iyirmi) manat mənə geri verilsin. Bu barədə dövlət orqanlarına və KİV-ə məlumat verilsin ki, alıcılar aldadılmasın”.
Paralel.az

0.025519847869873