Sahil Babayevin nazirliyinin şüşələrini sındırıb içəri daxil oldular - Etirazçılar
Müharibə əlilləri nazirliyin şüşələrini sındırıb binaya daxil olublar
Əlillik və sığortalarını ala bilməyən Qarabağ qaziləri Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi önündə nazir Sahil Babayevlə görüş tələbi ilə aksiya keçiriblər.
Nazirlik tərəfindən qəbul edilməyən qazilər qapının şüşələrini qıraraq, nazirliyin binasına daxil olublar.
Hadisə zamanı qazilərdən birinin ürəyi gedib, gərginlik yaşanıb.
Nazirliyin mətbuat katibi Fazil Talıbov bildirib ki, onların sağlamlıq vəziyyəti əlilik təyinatına əsas vermirsə, burada qanundankənar hər hansı addım atmaq mümkün deyil.
Yenə də hər bir müraciət qeydə alınacaq, araşdırılacaq və məlumat veriləcək.