Eks-nazirlərin son günləri

Eks-nazirlərin son günləri
 

Nazir olmağın nəyi yaxşı, nəyi pis ...

Etiraf edim ki, heç vaxt vəzifə tanınmaq həvəskarı olmamışam. Allahdan yeganə arzum isə budur ki, "məni bir kimsəyə möhtac eləməsin". Bu istəklə yaşamağımı davam etdirirəm.

Müasir zamanda vəzifə, pul, sərvət üçün özlərini fəda edənləri isə əsla anlamıram. Son günlər mediada eks-nazirlər haqqında müxtəlif yazılar dərc olunur. Mən həmin yazıları təhlil edərək belə bir qənaətə gəldim ki, görəsən, həqiqətən vəzifə sahibi olmaq dərəcədə mühüm ola bilər ki, insan bunun üçün hər şeyindən keçir, sözün bütün mənalarında.

Keçək əsas məsələyə. Mediada yayılan məlumatlara görə, Əmək Əhalinin Sosial Müdafiəsi Nazirliyinin eks-rəhbəri Səlim Müslümov səhhətində yaranan ciddi xəstəliyi səbəbindən təcridxanadan ev dustaqlığına buraxılıb, sonra da xəstəxanaya yerləşdirilib. Onu da diqqətinizə çatdırım ki, sayın Səlim Müslümov ƏƏSM naziri olmazdan öncə, Dövlət Sosial Müdafiə Fondunun şefi olub. Bildiyiniz kimi, bu qurumların hər ikisinin əsas vəzifəsi insanların sosial müdafiəsini təmin etməkdir. Səlim Müslümovun Dövlət Sosial Müdafiə Fondunun şefi kimi fəaliyyəti o qədər "qiymətli" olub ki, onu DSMF qarışıq, Əmək Əhalinin Sosial Müdafiəsi Naziri postuna gətiriblər. Çünki Səlim Müslümovun DSMF- qurduğu "əhalinin sosial müdafiəsi" sistemini ondan başqa heç kim fəaliyyətdə saxlaya bilməzdi. Məhz bu səbəbdən , artıq neçə illərdir ki, ondan sonra gələnlər, bu sistemin tilsimini qıra bilmirlər. Mən demirəm ki, buna gücləri savadları çatmır. Əksinə, gücləri savadları heç S.Müslümovdan (belə nəticə çıxarmayın ki, S.Müslümov bu sahənin ən azından professorudur, bir qədər vəzifədə qalsaydı heç şübhəniz olmasın ki, akademik olacaqdı) az olmaması səbəbindən həmin sistem on minlərlə insanı dilənçi vəziyyətində saxlamağa tam imkan verir Səlim Müslümovu bütün pisliklərdə ittiham edərək, həmin sistemi özləri sürdürürlər. Çünki, məhz bu sistem onlara imkan verir ki, bundan alət kimi istifadə edərək S. Müslümovu ittiham etsinlər. Maraqlısı odur ki, həm DSMF, həm ƏƏSMN- baş verən bütün pisliklərə görə S. Müslümov ittiham olunsa da, o sistemi dəyişmək istiqamətində heç bir əməli görülmür. Bu isə onu deməyə əsas verir ki, bir müddət sonra həmin vəzifəyə bir başqası gələrsə, Sahil Babayevi Səlim Müslümovun taleyi gözləyir. Təcridxana bundan dolayı yaranan ciddi xəstəliklərə görə, ev dustaqlığına buraxılmalar sairə. Bu həyatı demək olar ki, bütün eks-məmurlar yaşayır yaşamaqda davam edirlər. Əlbətdə ki, bəzi istisnalar da yox deyil.

Bunun səbəbi bilirsiniz nədir? Nazir, yaxud başqa bir vəzifə tutan məmurun reallıq hissini itirməsi, nəfsinə sahib çıxa bilməməsi, insanlara münasibətinin dəyişməsi son olaraq da pulun, sərvətin onun həyatına sahib çıxması. Buna bir növ pul xəstəliyi demək olar. Ancaq çox maraqlıdır ki, eks-məmurların böyük əksəriyyəti hələ pensiya yaşı tamam olmasa da, heç bir yerdə işləməsələr , "yağ içində böyrək" kim yaşayırlar heç bir maddi sıxıntı belə çəkmirlər. Bunun bir çox obyektiv subyektiv səbəbləri var. Ansaq əsas səbəb odur ki, bu məmurlar vəzifələrindən alınsalar da, onların rüşvətlə, xalqın, dövlətin sərvətlərini talamaqla əldə etdikləri milyonların ən azından bir hissəsi əllərində qalır.

 Yadınızdadırsa, bir Nəqliyyat nazirimiz var idi- Ziya Məmmədov. Həqiqətən "ziya"nlı birisi imiş. Tutduğu vəzifəsindən, taladığı milyonlardan, zəlil etdiyi nəqliyyat işçilərindən daha çox oğlunun əməlləri ilə məşhuri-cəhan olmuşdu. Vəzifədən kənarlaşdırıldıqdan sonra heç səs-soraq belə gəlmədi. Bir müddət sonra parlamentin deputatı olan qardaşı Elton Məmmədov  bəyan etdi ki, "Ziya müəllim vaxtını Quran oxumaqla ibadətlə keçirir". Allah qəbul eləsin!

Yəni onun artıq işləməyə, pul qazanmağa ehtiyacı yoxdur. Çünki Azərbaycanın yol infrastrukturunu yeniləmək adı ilə taladığı milyonlar, nəyinki özünün, bütün nəsl-nəcabətinin ömürlərinin sonuna qədər kefdə- damaqda yaşamaqlarına yetər. Mən hələ oğlunun xaricə daşıdıqlarını demirəm. Amma Ziya müəllimin mediaya açıqlamasından belə bir nəticə hasil olur ki, sən demə, çörək pulu qazanmaq üçün çalışmaq zorundadır doğulub boya-başa çatdığı Ucar rayonunda toyuq-cücə saxlamaqla öz dolanışığını təmin edir. Əhsən! Bütün məmurlarımız işdən sonra kənd təsərrüfatının inkişafına Ziya müəllim qədər diqqət göstərsəydi, bu gün məmləkətimiz qida qıtlığı ilə üzləşməzdi.

Bu günlərdə mediaya sızan bir məlumatı oxuduqdan sonra məndə belə bir hiss yarandı ki, Z.Məmmədov, S.Müslümovdan daha səmimi görünür, yaxud görünməyə çalışır. Yəni onun Həccə getmək istəyi, bunun üçün artıq sənədlərini təqdim etməsi, 9150 manatından keçməsi,  niyyətinin doğruluğuna inanmağıma səbəb oldu. Onun toyuq-cücə bəsləyərək pul yığması da, yəqin ki, uzun zaman ibadət etməsinin, Quran oxumasının nəticəsidir eşidib ki, Həccə haram pulla getmək olmaz. Getsə belə, Allah onun günahlarını əfv etməz. Bu səbəbdən ,  illərdir toyuq-cücə yetişdirib, pul yığıb ki, heç olmasa Həccə halal pulla getsin. Yoxsa, bir başqaları kimi, onun-bunun evini, mülkünü yağmalayır sonra da çıxıb bəyan edir ki, 30 dəfə Həccə getmişəm, 50 nəfəri öz pulumla Həccə gördərmişəm s. Zamanında Ziya müəllim istəsəydi bunların iki qatını edərdi, amma görünür öz zəhməti ilə qazandığı pulla Məkkəni ziyarət etməyi qarşısına məqsəd qoyub. Allah tövbələri qəbul edər, bir şərtlə ki, həqiqətən bu məqsədlə ödədiyi pullar halal olsun.

Daha bir eks-nazir, akademik , ölkəmizin təhsil sistemini elə bir vəziyyətə salıb vəzifəsindən getdi ki, ondan sonra bu sahədə ard-arda bir neçə nazir dəyişsə , Misir Mərdanovun qoyduğu təməli nəyinki qıra, heç tərpədə bilmədilər. Azərbaycan təhsili müstəqilliyin ilk illərindən dərin tənəzzül içindədir. Elə bilirsiniz, bu Misir Mərdanovu azacıq da olsa narahat edir, əsla! Ondan dolanışığı barədə soruşan jurnalistə cavabını tam olaraq xatırlamıram, amma aylıq qazancının 6 min manatdan çox olduğunu heç nəyə ehtiyacı olmadığını bəyan etmişdi. Onu da diqqətinizə çatdırım ki, sayın Misir Mərdanov Təhsil naziri olmazdan əvvəl BDU-nun rektoru olub. Yəni heç vaxt maddi cəhətdən korluq çəkməyib. Səlim Müslümovun icad etdiyi pensiya sistemi Misir Mərdanov kimi məmurlara imkan verir ki, vəzifədən alınsalar da, maddi cəhətdən heç bir sıxıntıları olmasın. Ən əsası odur ki, Misir Mərdanov Azərbaycan təhsilini bərbad vəziyyətə saldığına görə, heç bir məsuliyyət daşımadı. Eləcə , Ziya Məmmədov kimi törətdiyi cinayətlərə görə, heç bir məsuliyyət daşımayan məmurlardan biri , ləğv olunan MTN-nin sabiq şefi Eldar Mahmudovdur.

Bu məqamda son üçün bir suala cavab tapmaq istərdim. üçün Azərbaycanda ağır sinayətlər törədən, özü ən ağır cinayətlərdə ittiham olunan məmurlar heç bir şey olmamış kimi cəzadan qurtulur, amma sürət həddini bir qədər aşan, yaxud sürücülük vəsiqəsinin vaxtı bitən, sığortanı gecikdirən zavallı sürücüləri, yaxud vergi hesabatını bir-iki gün gecikdirən vətəndaşları elə o andaca, ağır cərimələrlə yükləyirlər? Budurmu sizin ədalətiniz? Yaddan çıxarmayın ki, hər bir haqsız əməlinizə görə, bu dünyada olmasa da, haqq dünyasında mütləq cavab verəcəksiniz!

 Yusif Seyid

0.019891023635864