Ərazi Tikinti-Planlaşdırma Mərkəzinin şübhəli tenderi... 

Ərazi Tikinti-Planlaşdırma Mərkəzinin şübhəli tenderi... 
 

 

Bəlli olduğu kimi, Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yanında Ərazi Tikinti və Planlaşdırma Mərkəzi 44 günlük Vətən müharibəsi dövründə Gəncə şəhərində, Füzuli və Tərtər rayonlarında dağıdılmış, qəzalı vəziyyətə düşmüş fərdi evlərin və qeyri-yaşayış obyektlərinin tikintisi, təmiri və bərpası ilə bağlı elan etdiyi daha bir açıq tenderə yekun vurub.

Paralel.az dia.az-a istinadla xəbər verir ki, tenderin qalibi “Az Graft Construction” MMC olub. Xəbərə görə, qalib şirkətə 4 milyon manat ödəniləcək.

Qeyd edək ki,  “Az Graft Construction”a fevralda da eyni məqsədlə 3,5 milyon manat ödənilib. Amma bu da hamısı deyil. “Az Graft Construction” 44 günlük Vətən Müharibəsi zamanı düşmən atəşlərindən zərər görmüş ev və obyektlərin təmiri məqsədilə də dövlətdən kifayət qədər böyük həcmli tenderləri udsa da, bu işdə yol verdiyi nöqsanlar səbəbindən yerli KİV-də dəfələrlə tənqid hədəfinə çevrilib. Araşdırmalara görə, “Az Graft Construction” MMC 2019-cu ildə dövlət qeydiyyatına alınıb, nizamnamə kapitalı 1000 manatdır və qanuni təmsilçisi İsgəndər Qasımovdur. Şirkətin 09.02.2022-ci il tarixinə vergi borcu 5 896 manatdır.

Fəaliyyəti narazılıqlara səbəb olan şirkətlərə dövlət qurumlarının təkrar etimad göstərmələri müvafiq qurumlar tərəfindən şübhəyə alınmalı və araşdırılmalıdır.

P.S. Məsələ ilə bağlı bütün maraqlı tərəflər öz mövqeyini bildirə bilər.

Paralel.az

0.018919944763184