Siracəddin Hacı yazır...

Siracəddin Hacı yazır...
 

ABŞ deyir ki, Qarabağ ermənilərinin öz müqəddəratını/gələcəyini təyin etmə haqqı var.

ABŞ-ın Ermənistandakı səfiri Linn Treysinin “Armenpress” agentliyinə verdiyi müsahibənin tezisləri bunlardır:
- azad, ədalətli, demokratik, sabit Güney Qafqazın varlığı və gələcəyi konfliktlərin həllinə bağlıdır;
- “Dağlıq Qarabağ”ın (məhz bu ifadəni seçir) statusu həll olunmayıb;
- bu problemin hərbi həlli yoxdur;
- məsələ barış yolu ilə həll olunmalıdır;
- problemi həll etmək üçün beynəlxalq hüququn iki prinsipi əsas götürülməlidir: a) dövlətlərin ərazi bütövlüyü; b) xalqların öz müqəddəratını təyin etmə hüququ;
- ABŞ Dağlıq Qarabağ xalqının – məhz bu ifadə seçilmişdir – öz gələcəyini həll etmək haqqını tanıyır;
- Azərbaycanla Ermənistanın birbaşa danışıqlarını alqışlayırıq;
- əsirlər dəyişdirilməlidir;
- itkin düşənlərlə bağlı məlumatların toplanması sürətləndirilməlidir;
- Türkiyə ilə Ermənistanın danışıqlarını doğru sayırıq, iki şərtimiz var: a) bu danışıqlar heç bir şərt qoyulmadan aparılmalıdır; b) danışıqlarla Qarabağ məsələsi arasında əlaqə qurulmamalıdır;  

Paralel.az

0.015781879425049