AAK sədri Famil Mustafayevin yeni sərgüzəştləri 

AAK sədri Famil Mustafayevin yeni sərgüzəştləri 
 

Sədr Famil Mustafayevin Ali Attestasiya Komissiyasına gətirdiyi "yeniliklər"!

Azərbaycanda Ali Attestasiya Komissiyası adlı elmi dərəcə satan qurum var. Bu qurumda baş verən rüşvətxorluq olayları cəmiyyəti narahat edir. AAK-da rüvvət və korrupsiyan tüğyan edir. İqtisad elmləri doktoru, professor Famil Mustafayev AAK-a sədr təyin olunandan hamı elə hesab etdi ki, burada sabiq sədr əvəzi qaz vurub qazanc əldə etmək məqsədilə yaratdığı rüşvət və korrupsiya çarxına son qoyulacaq.

Lakin vicdanlı alimlərin, gənc elmi araşdırmaçıların verdiyi məlumata görə, Famil Mustafayev AAK-a sədr təyin olunduqdan sonra sabiq sədr əvəzinin qurumda yaratdığı rüşvətxorluq və korrupsiya mühiti bir qədər də dərinləşib.

Sədr dokforantları və aspirantları asılı vəziyyətə salmaq üçün onlara qarşı yeni, Konstitusiyaya zidd təlimatlar və qərarlar qəbul edir. AAK sədri bu proseslərdən şəxsi maraqları üçün istifadə etmək şansı qazanır, tədqiqatçını süründürür, təzyiq edir, min oyundan çıxır.

Ənənəvi olaraq, AAK-la müdafiə şuraları, işçevirən alimi - biəməllər eyni şəbəkədə fəaliyyət göstərirlər. AAK-da baş verən qanunsuzluqlar, korrupsiya və saxtakarlıq halları ilə bağlı informasiyalar mütəmadi olaraq internet media və sosial şəbəkələrdə geniş yayılır.

Hətta AAK rəhbəri Famil Mustafayevin professorluq diplomunun saxta olmasına dair iddialar gündəmdən düşmür.

Uzun illərdir rüşvət və korrupsiya yuvasına çevrilən AAK-ın yeni rəhbərliyinin də köhnədən qalma ənənələri davam etdirməsi elm ictimaiyyətini, vicdanlı alimləri çox narahat edir. Açıq deyilir ki, son illər AAK-dan alimlik diplomu alanlar arasında rüşvətlə diplom alanlar daha çoxdur. Rüşvət və korrupsiya halları həqiqət olmasa, yəni "ocaq yanmasa, tüstü çıxmaz axı"!..

Vicdanlı professor kimi tanınan İdiris Abbasov mətbuata verdiyi müsahibədə qeyd edir ki, AAK sədrinin tətbiq etdiyi müzakirə edilmiş elmi işlərin təkrar müzakirəyə cəlb olunmasından naəlac qalan bir dissertant göz yaşları içərisində öz sənədlərini çalışdığım şöbəyə təkrar müzakirəyə təqdim etmişdi. Təbii ki, mən bu qərarın lehinə deyiləm. Ona görə də təkrar müzakirəyə sədrlik etməkdən imtina etdim.

Elmə, inkişafa heç bir faydası olmayan belə yanlış qərarın icraçısı olmaq üçün o qədər cahil olmalısan ki, bu hərəkətə boynubükük şəkildə razı olasan. Həyatda hər şey elmdən, ziyalılıqdan, haqq sözünü deməyi bacarmaqdan, özünə qarşı tələbkar olmaqdan başlayır. Təəssüf ki, bizim bəzi alim-məmurlarımız bunu hələ də anlamaq istəmirlər. Şirnikləndirici təkliflər, formal müzakirələr, formal seminar vədləri elmin inkişafına deyil, rüşvətə xidmət edir

Ənənəvi olaraq, AAK-la müdafiə şuraları, işçevirən alimlər eyni şəbəkədə fəaliyyət göstərirlər. Məsələyə birbaşa aidiyyəti olmayan alimlərin biganəliyi artıq vicdan məsələsidir. Bu insanların səsinə səs verməyin altında böyük proseslərin başlanğıcı dayanır.

Təəssüf ki, bizim alimlərin bəziləri belə ağrılı məqamda nəinki mənəvi işgəncəyə məruz qalanların səsinə səs vermirlər, hətta fürsətdən istifadə edib qanunu pozan vəzifə sahiblərinə yaltaqlanırlar. Ona görə də cəsarətlə haqqını müdafiə edən gənc bir tədqiqatçı bu dövlət üçün 50 tüfeyli, məddah professordan faydalıdır.

Professor bildirir: "...özüm Ekspert Şurasının lüzumsuz olduğunun şahidi oldum. Famil Mustafayev yenilik etmək istəyirsə, ilk olaraq elmə aidiyyəti olmayan Ekspert Şurasını ləğv etməliydi.

Amma Famil Mustafayev görün, nə etdi? Nazirlər Kabineti qarşısında məsələ qaldırdı ki, ekspertlərə pul vəsaiti ayrılsın. Baş nazir də hər saatı 15 manat olmaqla saathesabı pul ödənilməsi ilə bağlı qərar imzaladı.

Düzdür, AAK sədrinin bu təşəbbüsü bir ekspert kimi mənim də xeyrimə idi, amma ədalətin xeyrinə deyildi. Ekspert Şurası üzvlüyündən ayrılmağım həyatımda öz ziyanıma atdığım addımlardan birincisi deyil. 9 ay müddətində mən ekspert oldum, özü də işlərin qızğın çağında. Vallahi, bəzmi-istirahət idi. O işə 1 manat da pul düşmür.

Çünki heç bir faydası olmayan bir işdir. Ən yaxşı halda, vətən övladlarını AAK-a çağırıb dəhlizlərdə sinsitməkdir. Guya içəridə vacib işlər gedir. Gözdən belə pərdə asmağa bu qədər pul xərcləmək kimə lazlmdır?! Özü də nə qədər... İlahi, pərvərdigara! Famil Mustafayev artıq əhəmiyyətsiz işə görə çoxdan ödənişlərə başlayıb.

AAK sədri Famil Mustafayevə  müraciət edirəm: Famil müəllim, lütfən, bu cür yanlış qərarlara yol verməyin! Dövlətin marağını qorumaq hər birimizin borcudur, sizin isə, vəzifə borcunuzdur! Təsəvvür edin, 15 ekspert şurası var, hər şuranın 20-dən artıq üzvü var. Lap 20 nəfərdən hesablasaq və ayda hər bir ekspertə minimum 250-300 manat versək, təxminən ildə 9 milyon manat pul edir! Bu nə deməkdir?! Məgər əlimizə düşmən dövlətin büdcəsi keçib? Həm faydasız iş, həm də dövlət vəsaitinin havayı xərclənməsi...
Gizlincə haqdan, ədalətdən danışan alim həmkarların bu dövlətə sanki aidiyyəti yoxdurmu?!

Hörmətli alim həmkarlar, gəlin, gənc elmi araşdırmaçılara, sabahın alimlərinə özümüzdəki vicdansızlığı təlqin etməyək! Düzdür, onların çoxunu özümüz kimi bivec etmişik, amma zərərin yarısından qayıtmaq da xeyirdir. Gəlin, onların üzərinə səlib yürüşü edib pərən-pərən salmayaq! Nəfsimiz, kreslomuz xatirinə sabahımızı məhv etməyək! Bəsdir, yetər artıq"!

Bu sözlər dövlətini və xalqını ürəkdən sevən, vicdanlı alimin  AAK sədri Famil Mustafayevin dövlətə ziyan vuran fəaliyyətinə yönəlmiş fikirdir.

Araşdırma qrupu

0.024375915527344