Siracəddin Hacı yazır...

Siracəddin Hacı yazır...
 


Tələbələrimin/şagirdlərimin suallarına cavablarım : 2

Müəllim, öncə kiminlə dost olum?
- Öncə özünlə dost ol, özü ilə dost olmayan başqaları ilə dostluq qura bilməz. Özünlə dost olmaq deyəndə bunları nəzərdə tuturam: özünü tanı, kəşf et – bunun yolu həyatı doğru tanıdan qaynaqlar oxumaq, doğru hədəflər uğrunda mücadilədir – mübarizə yoxdursa, tanıma da yoxdur. Özünü sev, yaradılış təyinatını, özəlliyini, imkanlarını öyrən, gerçək hədəflərin olsun, hədəflərinlə imkanların arasında bağ qur, səhv etməkdən qorxma, qorxsan, inkişaf olmaz, beş dəfə yıxılsan, altı dəfə qalx, qalxmaq üçün dayaqlara ehtiyacın var, o dayaqlar idealların, hədəflərin, xəyalların, arzularındır, bil ki, uğursuzluq həyatın bir parçasıdır, sıxıntısız həyat yoxdur, ancaq dərd də var, dərman da, özünə keyfiyyətli zaman ayır, özünə dəyər ver, içində ümid daşı, özünlə paylaş, özünü sorğu-suala çək, iç səsini dinlə, özünlə gül, ağla, bir şeyi tez bəyənmə, axtarsan, daha yaxşılarının olduğunu görəcəksən, güclü və zəif yönlərini yaz, təhlil et, özünə güvən, yardım istəməkdən çəkinmə, möhtac olduğun güc, enerji içindədir, özünə kiçik də olsa, hədiyyələr al, dəyişimə dirənmə, çalış, özünü kimsə ilə müqayisə etmə, müqayisəyə ehtiyacın varsa, özünü özünlə müqayisə et, şükür duyğusunu tərbiyə etmək üçün hər gün qarşılaşdığın üç fərqli nemətin/hadisənin adını yaz, səni yuxudan sevgi ilə oyadacaq arzuların olsun, sevdiyin işlə məşğul ol, süni qidalar yemə, təbii ol, Allahın verdiyi fiziki özəlliklərə toxunma, sünilik bədəni, ruhu, münasibətləri öldürür, şeiri sev, oxu, əzbərlə, varlığının və varlığın fərqində olaraq yaşa, bil ki, özünə dəyər verməyən başqalarının həyatını yaşayar, özünü tanımayan, özü ilə dost olmayan ömrünü israf edər;     

Paralel.az

0.016901016235352