Aeroport gömrüyündə rüşvətxorluqla məşğul olan dəstə yaxalanıb və ölkə prezidentindən gizlədilir...
Redaksiyamıza daxil olan məlumatda bildirilir ki, Aeroport gömrüyündə İnformasiya-kommunikasiya şöbəsinin rəisi Bəhruz Məmmədyarov, Gömrük prosedurları və maliyyə şöbəsinin rəis müavini Namazi Orucov, prosedurlar və maliyyə şöbəsinin rəis müavini Elnur Quliyev, yük inspektoru Cavid Abbasov, Karqo Terminalın post rəisi Rövşən Mahmudov, gömrük deklarantı İsmayıl adlı şəxs DGK-nın Əməliyyat və İstintaq Baş İdarəsi əməkdaşları tərəfindən rüşvət alma məlumatı ilə saxlanılıblar.
Bu barədə bir sıra mətbuat orqanlarında geniş yazılar dərc olunub. Lakin işi gizlətmək üçün generallar işə qarşıblar, hətta yazını saytlardan sildiriblər də.
DGK (Nehrəmlilərdən ibarət olan komitə) sədri Səfər Mehdiyev mətbuata deyir ki, “Gömrükdə rüşvət və inhisarçılıq olarsa, istefa verəcəm”.
Aldığımız məlumata görə, İsmayıl adlı şəxs Gömrük İdarəsində şöbə rəisi Ədalət Mehdiyevin bacısı oğludur. Hər ikisi də Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin rəisi Mehman Sadıqovun qohumlarıdır. Bəhruz Məmmədyarov isə Sumqayıt Baş Gömrük İdarəsi rəisi müavininin oğludur. Ölkə DGK-nı əllərinə keçirib düşmən kimi talayırlar, talançılığın üstü açılanda cəzalandırmaq lazım gələndə isə, işin altındab çıxıb, soyğunçuluğu davam etdirirlər.
Görəsən, DGK-də sahibkarları talayan Nehrəmli qohum-əqraba generalları kim dayandıracaq?!..
Paralel.az