“Azəriqaz” İB Yanında ictimai şuranın üzvləri Ağsu rayonuna səfər edəcəklər 

“Azəriqaz” İB Yanında ictimai şuranın üzvləri Ağsu rayonuna səfər edəcəklər 
 

"Azəriqaz" İB yanında İctimai Şuranın üzvləri mayın 18-də Ağsu Regional qaz istismarı İdarəsinə monitorinq səfəri edəcək, istehlakçılarla görüşəcəklər. 

Bu barədə İB-dən Paralel.az-a məlumat verilib.  
Ağsu, Göyçay, Şamaxı, İsmayıllı, Kürdəmir, Qobustan və Ucar rayonlarından olan istehlakçılar (abonentlər) görüşdə iştirak etmək, problemləri ifadə etmək üçün Ağsu rayonu Qaraqaşlı kəndində yerləşən Ağsu Regional qaz istismarı İdarəsinin inzibati binasına saat 11:00-da yaxınlaşa bilərlər.

Paralel.az

0.10907697677612