Ölənə qədər işləmək arzusu

Ölənə qədər işləmək arzusu
 

Hökumətin tanımadığı parlament kimə nəyə lazım?

Azərbaycanda orta yaş həddinin yüksək olduğunu iddia edənlər, məhz bu iddia ilə pensiya yaşının artırılmasına nail oldular. Maraqlıdır ki, o zaman parlamentdə bu məsələ müzakirə olunanda bəzi deputatlar (heç şübhəsiz ki, onlar azlıqa qaldılar) buna öz etirazlarını bildirsələr , digər qrup deputatlar bildirdilər ki, məhz pensiya yaşına çatan insanlardan onlara çoxsaylı müraciətlər gəlir ki, pensiya yaşı artırılsın.

Burada bir neçə maraqlı məqama diqqət etmək yerinə düşər. Birincisi, parlament vaxtdan aşağıdan gələn təkliflərə belə həssas yanaşmağa başlayıb? İkincisi, insanlar üçün pensiyaya çıxmaq istəmirlər? İlk baxışda adama elə gəlir ki, belə çağırışlırın aşağıdan gəlməsi mümkün olmayan bir işdir. Ən əsası da ona görə ki, Azərbaycanın pensiya qanunvericiliyinə görə, pensiyaya çıxıb, işləməkdə heç bir məhdudiyyət yoxdur. Əksinə, bu yaxınlarda "Pensiya haqqında" Qanuna dəyişikliklər zamanı da bəyan edildi ki, pensiyaya çıxıb işləyən vətəndaşların pensiyası hər 6 ildən bir indeksləşdirilərək artırılır. Bununla belə, kişilərin qadınların pensiya yaşının mərhələli şəkildə artırılaraq 65 yaşa çatdırılması barədə qərar, cəmiyyətdə ciddi narazılıqlara səbəb oldu. Burada bəzi ədalətsizlik elementləri mövcuddur ki, insanlarda istər-istəməz qıcıq narazılıq yaradır. Məsələn, Məhəmməd kişi yeni qanundan bir həftə əvvəl 63 yaşında pensiyaya çıxıb. Ondan cəmi 1, yaxud 2 ay gec pensiyaya çıxmalı olan Əhməd kişi isə əlavə 2 il gözləməli olacaq. Həmçinin qadınlar.

Əslində, Azərbaycanda orta yaş həddinin artması iddiası da insanlarda şübhə yardır.

Bütün bu məsələlərə aydınlıq gətirmək üçün apardığım araşdırmalar zaman çox maraqlı faktlar ortaya çıxdı. Birincisi, heç şübhəsiz ki, yaş həddini 2-3 il artırmaqla, dövlət xeyli miqdarda vəsaitə qənaət edir. Amma həmin vəsait Azərbaycan kimi bir dövlət üçün heç böyük bir məbləğ deyil bu arqument , ümumiyyətlə özünü doğrultmur. Çünki Azərbaycan dövləti hər il dövlət büdcəsinin müzakirəsi zamanı iddia edir ki, bu sosialyönümlü büdcədir insanların rafahının yüksəlməsinə xidmət etməlidir. Reallıqda isə ortaya tamamilə başqa məsələlər çıxır.

Ən maraqlı faktlar isə vətəndaşların pensiya yaşının artırılması ilə bağlı müraciətləri araşdırdığımız zaman ortaya çıxdı. Məsələn, üçün dövlət məmurları deputatlar pensiyaya çıxmaq istəmirlər? Bu da heç kimə sirr deyil ki, Azərbaycanda çox az sayda dövlət məmuru deputat dövlətin onlara ödədiyi maaşla dolanır, baxmayaraq ki, onların maaşları ölkədəki minimum əmək haqqından ən azı 10 dəfə çoxdur. Onlar pensiyaya çıxdıqları zaman əlavə gəlirlərindən məhrum olurlar, bu isə onların dövlətdən aldığı maaşla müqayisədə çox böyük məbləğdir. Məhz bu səbəbdən , dövlət məmurları deputatlar pensiyaya çıxmaq istəmirlər. Baxmayaraq ki, onlar pensiyaya çıxdıqları halda da, adi vətəndaşlardan 10 qat artıq pensiya təminatı alırlar. (Bu Azərbaycanda tətbiq olunan ən böyük ədalətsizlikdir ki, bunun qarşısını heç kim ala bilmir, yaxud da almaq istəmir). Dəfələrlə müxtəlif instansiyalara müraciət edib,- üçün 15-20 il deputat olan, yaxud da dövlət qulluğunda çalışan məmur, 40-50 il istehsalatda çalışan əməkçi insanlardan daha artıq pensiya almalıdır- sualını versəm , heç kim düz-əməlli cavab verə bilmir.

Amma hamı çox gözəl bilir ki, həmin deputatların məmurların, ümumiyyətlə pensiyaya ehtiyacları yoxdur, yəni ehtiyacı olana 1 manat, olmayana 10 manat.

Deputat məmur kreslosu o şəxslərə həm ona görə lazımdır ki, bu statuslarından istifadə edib, sahibkarlıq biznes strukturlarını qoruya bilsinlər.

Bu da hamıya məlum həqiqətdir ki, Azərbaycanda deputatların məmurların sahibkarlıq biznes fəaliyyəti ilə məşğul olmaları, qanunla qadağandır. Amma diqqət etsəniz, görəcəksiniz ki, ölkəmizdə bütün biznes sahibkarlıq subyektləri oliqarx məmurların deputatların inhisarındadır. Bu da onları vadar edir ki, həmin gəlir yerlərin qorumaq üçün kreslolarından möhkəm yapışsınlar, bəzən qopmalar da qaçılmaz olur, bu da harınlığın nəticəsi kimi baş verir.

Deyə bilərsiniz ki, məmur deputat məsələsi aydındır, bəs, sadə vətəndaşlar üçün pensiyaya çıxmaq istəmirlər. Mayın 5- parlamentin növbəti iclasında çıxış edən deputat Fəzail Ağamalı bu suala başqa bir formada cavab verərək qeyd etdi ki, ölkəmizdə ictimai rəy  indiki pensiya yaş həddini qəbul etmir, düz edir. Çünki insanlar 60 yaşından sonra müxtəlif səbəblərdən xəstəliklər tapır. Bu da o deməkdir ki, dövlətin hazırda pensiyaçılara ödədiyi pul onların heç dərman xərclərini belə ödəmir. Məhz bu səbəbdən , insanlar ölənə qədər işləmək məcburiyyətindədirlər. Digər tərəfdən, yaşlı, pensiyada olan insanlar bu keşməkeşli həyatın ən zəif bəndinə çevrilirlər. İş yerlərində hər hansı bir səbəbdən ixtisarlar baş verdiyi anda ilk yada düşən pensiyaçılar olur. Göründüyü  kimi, insanların pensiyadan imtina etmələrinin əsas səbəblərirndən biri , pensiyaların çox aşağı səviyyədə olmasıdır. Burada bir ədalətsizlik özünü qabarıq şəkildə ortaya qoyur. Məsələn, üçün minimum pensiya alan vətəndaşla, 40-50 il istehsalatda çalışın əməkçi insanın pensiyası arasında cəmi 20-30 manat fərq olmalıdır? Bu gün əgər dövlət pensiya alan vətəndaşın maddi rifahının sağlamlığının qayğısını öz üzərinə alırsa, təkcə pensiya yaşını aşağı salmamalı, həm ona çatacaq məbləği onun əmsalına adekvat olmalıdır. Ümumiyyətlə, 45-50 il çalışan zəhmətkeş insanlara prezident təqaüdü səviyyəsində xüsusi təqaüdlər təsis olunmalıdır ki, insanlarda işləməyə bir stimul yaransın ki, heç olmasa pensiyaya çıxandan sonra 3-5 il insan kimi yaşayacaq. 

Burada həlli vacib əsas məsələlərdən biri , əməkçi insanlarınm əmək hüququnun qorunmasıdır ki, Azərbaycanda bu, ümumiyyətlə yoxdur. Hazırda sahibkarlar öz işçiləri ilə ölkənin bərabərhüquqlu vətəndaşı kimi yox, heç bir hüququ olmayan qul, rəiyyət kimi davranır heç kimi bunun qarşısına almaq üçün addımlar atmır. Dünya inkişaf etdikcə, Azərbaycan quldarlıq dönəminə qayıdır. Baxmayaraq ki, ölkəmizdə Əmək Əhalinin Sosial Müdafiəsi adında bir nazirlik onun da tərkibində Əməyin Mühafizəsi, eləcə Dövlət Sosial Müdafi Fondu adında qrumlar "fəaliyyət göstərir". Amma onların bugünkü fəaliyyətləri ancaq özlərinin rifahının yüksəlişinə məmurların maraqlarının müdafiəsinə yönəlib.

Bundan başqa, ölkəmizdə Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası adında bir qurum var ki, yarandığı gündən deputat Səttar Möbalıyev tərəfindən özəlləşdirilib. Onun da kimlərin hüquqlarını müdafiə etdiyi heç kimə bəlli deyil. Bununla belə, bütün işləyən vətəndaşların əmək haqqından 2% tutularaq həşəmətli deputatımıza ərmağan edilir. Mən orta, yüksək əmək haqqı alanları qoyuram bir kənara. Azərbaycanda minimum əmək haqqı alan (300 manat) 1 milyondan çox insanın əmək haqqından hər ay 2% tutularaq həmin quruma köçürülür ki, onun da miqdarı ayda təxminən 6 milyon manat edir. Amma bu vəsait hara necə xərclənir, Səttar Möhbalıyevdən başqa heç kim bilmir.  

Sonda bir məsələni diqqətinizə çatdırım ki, pensiya yaş həddinin mərhələli şəkildə artırılması haqqında qərar qəbul oldunduğu gündən, bu qərarın qəbulu üçün heç bir əsasın olmadığı barədə deputatlardan, ictimaiyyət nümayəndələrindən mütəxəssislərdən gələn çağırışları hökumət səviyyəsində heç kim eşitmək istəmir. Belə olduğu təqdirdə, üçün qanunverici orqanın üzvləri olan parlamentarilər icraçı olan hökumətə öz iradlarını bildirmir? Bunun yalnız bir səbəbi var: bizim parlamentarilər xalq tərəfindən seçilməyiblər, təyin olunublar. Bu qədər bəsit...

Yusif Seyid

0.017059087753296