Ağstafa rayonuna qazın verilməsində fasilə olacaq

Ağstafa rayonuna qazın verilməsində fasilə olacaq
 


“Qaz İxrac” İdarəsinə məxsus “Qaradağ-Tbilisi” yüksək təzyiqli magistral qaz kəmərinin Ağstafa rayonu ərazində olan hissəsində aşkar olunmuş qaz sızmasının aradan qaldırılması məqsədilə 11.05.2022-ci il tarixində saat 10:00-dan işlər başa çatanadək “Ağstafa” QPS-dən qaz təchizatının dayandırılması planlaşdırılır.

"Azəriqaz" İB-dən Paralel.az-a verilən məlumata görə təmir işləri aparılan müddətdə Ağstafa şəhəri daxil olmaqla, rayonunun 16 kəndinin qaz təchizatında fasilə yaranacaq.

Paralel.az

0.078565120697021