Gözünüzü torpaq doyursun, şeytan törəmələri...- FOTO

Gözünüzü torpaq doyursun, şeytan törəmələri...- FOTO
 

Qardaş Türkiyədə yaşayan soydaşımız İlhamə xanım Qasımlı Yazır: “Azərbaycanda məzar baxımı xidməti yaradıldması ilə bağlı bir yazı oxudum. Oxuyunca da gözlərim bərəldi. 

İllərdir Ankarada anamın məzarına baxımı bir firma edir. En son mayın 1-də keçən  10 aylıq müddət üçün 240 tl (təxminən  28 manat) ödədim. Bu məbləği aylara böləndə 2 manat 80 qəpik edir. 

Bu qiymətə mərhumun ölüm, doğum və bayram günlərində yeni çiçəklərin əkilməsi, il boyu həftədə 3 dəfə çiçəklərin sulanması və məzar ətrafının təmizliyi kimi işlər daxildir.

Digər şəkildə, Ankarada mütəmadi xidmət edilən məzarlıqlardan biridir. 

Bir məzara bundan artıq nə edilə bilər ki, aylıq 60 manat tələb edilir? 

Ayda 60 manata məzar baxımı nə deməkdir?! Bu, məzar baxımı yox, şeytan əməlidir! 

Məzar baxımının maliyyəti bu qədər ola bilməz axı?! 

Gözünüzü torpaq doyursun, şeytan törəmələri.

Paralel.az

0.016915082931519