Allahın ümmət, biz, müsəlman vurğusu

Allahın ümmət, biz, müsəlman vurğusu
 

Siracəddin Hacı yazır...

“RəbbİMİZ! BİZİ qeydsiz-şərtsiz Sənə təslim olan kimsələrdən (MÜSƏLMANLARDAN-MUSLİMƏYNİ) et! SoyUMUZDAN da davamlı Sənə təslim (MÜSƏLMAN) olacaq öndər ÜMMƏTLƏR var et! BİZƏ necə qulluq edəcəYİMİZİ göstər və BİZİ bağışla!” (2/128)
Əziz və gözəl insanlar! Bu gün İslam dünyasında (şərti söyləyirəm, acı da olsa, deyim ki, belə bir dünya yoxdur – tövhid olmasa, ümmət olmaz) var olan məzhəblər, təriqətlər, camaatlar məzhəb, təriqət, camaat olmaq özəlliyini çoxdan itirmiş, hər biri ayrıca – Allahın tək dinindən fərqli, ona zidd bir din olmuşdur.
Azərbaycan da bu bir-birini rədd edən saxta din anlayışlarının səbəb olduğu didişməyə, bölünməyə, nifrətə sürüklənməkdədir. Azərbaycanın çıxış yolu əsaslarını Allahın müəyyən etdiyi din anlayışına bağlanmaqdır:
- din birdir, tək sahibi var, o da ALLAHDIR;
- kitabımız QURANİ-KƏRİMDİR;
- örnəyimiz ALLAH RƏSULUDUR-ELÇİLƏRDİR;
- biz sünni, şiə deyilik, MÜSƏLMANIQ;
- dinimiz sünnilik, şiəlik, təriqətçilik deyil, İSLAMDIR;
- məzhəbçi, təriqətçi deyilik, ÜMMƏTİK;
- şirk deyil, TÖVHİD deyirik;
- köləlik deyil, AZADLIQ deyirik;
- zülm deyil, ƏDALƏT deyirik;
- xürafə deyil, ELM deyirik;
- inancda məcburiyyət/zorakılıq deyil, azad iradəyə bağlı SEÇİM deyirik;
- savaş deyil, BARIŞ istəyirik;
- nifrətə deyil, MƏRHƏMƏTƏ möhtacıq;
- parçalanma AZƏRBAYCANI öldürər, BİRLİK dirildər;

Paralel.az

0.018540859222412