“Azəristliktəchizat”dan narazılıq...
Ölkə vətəndaşlarının sosial problemləri azalmır. Bu sırada Paralel.az “marja”ya istinadla növbəti materialı təqdim edir.
Qocayev Zuar Tahir oğlu öz müraciətində Xətai ray, Sarayevo küç, ev-7, mən. 81 ünvanında yerləşən mənzilini satdığını və evin yeni sahibinin kombi sistemi qura bilmədiyini iddia edir.Şikayətçi deyir ki, buna səbəb “Azəristliktəchizat” şirkətinin vermədiyi istiliyə görə ödəniş istəməsidir. Mənzil son 4-5 il ərzində dövlət tərəfindən istilik ilə təchiz edilməyib.
Müraciətdə qeyd edilib ki, “Azəristliktəchizat” mövcud borc ödənilmədiyi təqdirdə, istilik sistemini dayandırmayacağını və sənəd verməyəcəyini bildirir. Evin əvvəlki sahibi (Qocayev Zuar) mənzil istiliklə təmin olunmadığı üçün borcu ödəməyəcəyini bildirir. O hesab edir ki, “Azəristliktəchizat” borcu silməli və istilik sistemini dayandırmalı və buna görə sənəd verməlidir: "Mən Qocayev Zuar Tahir oğlu mənə məxsus olan Xətai ray, Sarayevo küç, ev. 7, mən. 81 ünvanında yerləşən evi satmışam. Hazırda evi alan vətəndaş evin dövlət istilik təchizatını dayandırıb, kombi sistemi qurmaq istəyir. Lakin dövlət istilik təchizatından bildirilib ki, mövcud olan borc ödənilmədiyi təqdirdə istilik sistemini dayandırmaq mümkün deyil. Nəzərinizə çatdırmaq istərdim ki, həmin ev son 4-5 ildir dövlət tərəfindən istiliklə təmin olunmayıb. İstilik sistemi yararsız vəziyyətdədir. Buna baxmayaraq, bu vəziyyətlə maraqlanan olmayıb, sadəcə, ödəniş xəbərdarlığı olunub. Mən isə mənzil istiliklə təmin olunmadığı üçün ödəniş etməyəcəyimi bildirmişəm və pul yığmağa gələn əməkdaşa istilik xəttini bağlamaqlarını haqlı olaraq qeyd etmişəm. Buna baxmayaraq, dövlət istilik təchizat tərəfindən bildirilir ki, pulu ödəməyəcəyim təqdirdə, mənə lazımi sənəd verilməyəcək.
Xahiş edirəm, bu problemin həlli üçün mənə lazımi köməkliyi göstərəsiniz".
Paralel.az