Dünya bir Vətəndir

Dünya bir Vətəndir
 

İrqçilik - irqin insanın xüsusiyyətlərini və qabiliyyətlərini müəyyən etdiyinə dair inancdır. Əsrlər boyu irqi təəssübkeşlik köləliyə, milyonlarla günahsız insanların öldürülməsinə, xalqların və millətlərin qətliyamına səbəb olub.
Çox təəssüflər olsun ki, bu gün də dünyada irqi ayrı-seçkiliyin qurbanları vardır. Corc Floyd, Breonna Taylor və Əhməd Arberinin taleyi irqi ədalətə ehtiyacı yenidən gündəmə gətirib. 2020-ci ilin may ayında, 46 yaşlı qaradərili Corc Floyd, ağdərili polis məmuru tərəfindən qətlə yetirildi. Polis məmuru Floydun fəryad edib rəhm diləməsinə və göz yaşlarına əhəmiyyət verməyib boğazını doqquz dəqiqə ərzində dizi altında saxladı.
Bu ürəkağrıdan qətl ABŞ-da etirazlara səbəb oldu.Gələcək nəsillərin düşüncə tərzini dəyişmək üçün illər, hətta onilliklər lazımdır.
Bunu necə etmək olar?
Öz tərcübəmi sizinlə bölüşmək istərdim.
Uşaqlığımda valideynlərim məni bazar günləri “uşaq dərslərinə” aparırdı. Dərslərin məqsədi uşaqların öz həmyaşıdları ilə ünsiyyət qurmasına imkan yaratmaq, həm də onlara xeyirxahlıq, ədalət ve mərhəmət kimi mənəvi keyfiyyətlərə yiyilənməyi öyrətmək idi. Dərslər bir neçə hissədən ibarət idi: əvvəlcə müəllim bizə bir ibarətamiz hekayə oxuyurdu və biz onu müzakirə edirdik. Sonra qrup şəklində əməkdaşlığı inkişaf etdirən oyunlar oynayırdıq.Son hissədə rəsmlər idi. Belə baxanda burada qeyri-adi bir şey yoxdur, elə deyilmi?
Müəllim böyük vərəqdə dairə çəkdi. Bu Yer kürəsi idi. Bundan sonra dairənin ətrafında əl-ələ tutan insanları çəkdik və onları müxtəlif irqlərə və millətlərə mənsub insanların birliyini simvolizə edirdi.
Bu şəkil mənim yaddaşımda əbədi həkk olundu. “Uşaq dərsləri”ndəki məşğələlər mənim və yaşıdlarımın düşüncəsində dərin iz qoydu. Bəli, hər kəs fərqlidir. Lakin adi bir şəkil bizdə belə bir düşüncə yaratdı ki, kim olmağımızdan, dəri rəngimizdən və etnik mənsubiyyətimizdən asılı olamyaraq, bir ortaq cəhətimiz var: biz insanıq.
Necə ki, bir yazıda deyilir: “Dünya bir Vətəndir, bütün insanlar onun vətəndaşıdır”.


Muradzadə Ayan
Bakı –Avropa liseyinin
10-cu sinif şagirdi

0.079502105712891