Təhsil naziri təyin olunan kadrları xalqdan niyə gizlədir?
Dünən aprelin 28-də Təhsil naziri ölkə prezidentinin sərəncamı ilə yaradılmış region təhsil idarələrinin rəhbərlərini təyin etdi, lakin həmin şəxsləri ölkə ictimaiyyətinə təqdim etmədi.
Bu da cəmiyyətdə haqlı olaraq ciddi narazılıq yaradıb. Bununla bağlı ölkə mediasında və sosial şəbəkələrdə müxtəlif şayiələrin tirajlanmasına start verildi.
Sosial şəbəkələrdə gedən müzakirələrdən aydın görünür ki, ölkə ictimaiyyəti təhsil sahəsində baş verən bu xoşagəlməz hadisəni Konstitusiyanın pozulması hesab edir, təhsil sahəsində dövlət səviyyəsində aparılan islahatların xalqdan gizlədilməsini normal hal saymır və Təhsil Nazirliyinin bu qanunazidd fəaliyyətini pisləyir.
Xalq Təhsil İdarələrinə rəhbər təyin olunan kadrların xalqdan gizlin saxlamasını, həmin şəxslərin media vasitəsilə ictimaiyyətə təqdim olunmamasını təyinatlarda bir sıra mənfi halların mövcudluğu ilə əlaqələndirir və Təhsil naziri Emin Əmrullayevin qeyri-şəffaf, xalqdan gizli saxlanılan kadr təyinatı barədə dərhal açıqlama verməsini tələb edir.
Əhali arasında keçirilən sorğu nəticəsində müəyyə olunub ki, Təhsil Nazirliyinin bu yanlış hərəkəti üzərindən hökumətin sükutla keçməsinə insanlar etiraz edir və çox təəssüflənirlər.
Səfurə