Yeni qaz sayğaclarının quraşdırılmasına başlanılacaq - Azəriqaz

Yeni qaz sayğaclarının quraşdırılmasına başlanılacaq - Azəriqaz
 

 

"Yaxın vaxtlarda yerli istehsal olunan yeni qaz sayğacların quraşdırılmasına başlanılacaq".

Paralel.az xəbər verir ki, bunu "Azəriqaz" İstehsalat Birliyinin "Açıq qapı" aksiyasında şöbə rəisi Rövşən Məhiyyədinov deyib.

O qeyd edib ki, idxaldan asılılığı azaltmaq üçün yerli istehsala üstünlük veriləcək: "Yeni sayğaclar dünya standartlarına cavab verəcək şəkildə təhciz olunub. İstehsal edəcəkləri sayğaclar abonentlərə göstərilən yüksək səviyyəli xidmətə adekvat olacaq. "Azəriqaz” İstehsalat Birliyi həm sahibkarlığın dəstəklənməsi, həm də ölkədən valyutanın çıxmamasını azaltmaq məqsədilə “Gəncə Cihazqayırma Zavodu” ASC-də istehsal olunan sayğacları abonentlərin ixtiyarına verəcək".

Rövşən Məhiyyədinov onu da bildirib ki, mexaniki tipli qaz sayğacları ilə bağlı müraciətlər 2021-ci illə müqayisədə azalıb: "Abonentlərdən kim istəyir öz sayğacını aidiyyəti qurumların iştirakı ilə yoxlamadan keçirə bilərlər. Mexaniki tipli sayğaclarla smart-kart tipli sayğaclar arasında heç bir fərq yoxdur".

Birliyin Yeni qazlaşma şöbəsinin rəisi Teymur Cəfərov isə hər il qazlaşma proqramının təşkil olunduğunu bildirib: "2021-ci ildən başlayaraq qazlaşma prosesi "Azəriqaz" İB-nin daxili vəsaiti hesabına aparılır. Hazırda yaşayış məntəqələrinin 50% üzrə iş gedir. Havaların istiləşməsi iş prosesinin sürətinə yaxşı mənada təsir edir. Ölkə üzrə qazlaşma səviyyəsi 96,3% təşkil edir. 10 il ərzində "Azəriqaz" İB tərəfindən təxminən 1700-dən çox yaşayış məntəqəsi qazlaşdırılıb".

Teymur Cəfərov Sumqayıtda Sənaye Parkında baş verən yanğından sonra "Azəriqaz" İB-nin təsərrüfatına dəyən ziyanın hesablanması üçün araşdırma aparılacağını da vurğulayıb.

Paralel.az

0.016765832901001