Hesablama Palatası Təhsil nazirliyində tender qanunsuzluğu aşkar edib - Korrupsiya

Hesablama Palatası Təhsil nazirliyində tender qanunsuzluğu aşkar edib - Korrupsiya
 

Fərhan Əliyev tender qaliblərini hansı "qayda" ilə işlədir?

Bu qanun pozğunluğu "Hesablama Palatasının 2021-ci il fəaliyyəti barədə hesabatnda" əks olunub. Lakin Hesablama Palatasının hesabatında əksini tapan qanunsuzluğa yol vermiş Təhsil nazirliyi barədə hansı tədbir görüldüyü barədə  məlumat verilmir.

Həmin faktla əlaqədar media üzərindən apardığımız araşdırma nəticəsində məlum oldu ki, hazırda Azərbaycanda ən çox korrupsiya halları dövlət qurumları tərəfindən həyata keçirilən satınalmalarda baş verir. Bu barədə ölkə mətbuatında çoxsaylı məlumatlar dərc edilməsinə baxmayaraq, hələ də dövlət qurumlarında keçirilən tenderlərdə korrupsiya halları yüksəkdir və dəyişməz olaraq qalır. Ölkədə ən çox tender keçirən qurumlardan biri də Təhsil Nazirliyidir.

Hesablama Palatasının apardığı audit nəticəsində məlum olub ki, Təhsil Nazirliyinin keçirdiyi tenderlərdə dövlət satınalmalarını həyata keçirən şirkətlərin əksəriyyəti nazirliyin Təsərrüfat Hesablı Əsaslı Tikinti və Təchizat İdarəsinin qoyduğu “qaydalar”a əsasən işləyir.

Həmin qaydalara nəzarti Təhsil Nazirliyinin Təsərrüfat Hesablı Əsaslı Tikinti və Təchizat İdarəsinin rəis müavini Fərhan Əliyev rəhbərlik etdiyi deyilir. Daxil olan məlumatlarda qeyd edilir ki, Təhsil Nazirliyinin dövlət satınalmalarında qalib olmaq istəyən şirkətlər mütləq şəkildə Fərhan Əliyevin qoyduğu “qayda”ya əməl etməlidir.

Həmin qaydaya görə, tenderdə qalib gələn şirkət görəcəyi işlər üçün lazım olan malları yalnız Fərhan Əliyevin yaxın adamlarına məxsus şirkətlərdən almalıdırlar.

Xəbərdə o da bildirilir ki, Fərhan Əliyevin yaxın adamlarına məxsus şirkətlərdə satılan mal-matrealların qiyməti isə bazar qiymətlərindən bir neçə dəfə bahadır. Bu isə keçirilən tenderin mahiyyətini dəyişir və görülən işlərin keyfiyyətini dəfələrlə aşağı salır.

Bu yolla görülən iş üçün ayrılmış büdcə pulu korrupsiyaya yem olur və beləliklə, keçirilən tender dövlət üçün fayda vermək əvəzinə ziyan verir. Təəssüflə bildiririk ki, Azərbaycanın dövlət orqanlarında keçirilən tenderlər məmurlar üçün büdcəni talamaq vasitəsinə çevrilib.

Deyilənlərə inansaq, Təhsil naziri Emin Əmirullayev Nazirliyin alqı-satqı işində uzun illər və hazırda davam edən neqativ halları aradan qaldırmağa çalışsa da, onun sərt təpkilərlə üzləşdiyi deyilir.

Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.

Paralel.az

0.023267030715942