Təhsil Nazirliyinin Tikinti və Təmir idarəsində korrupsiya davam edir
Hazırda Azərbaycanda 5000-ə yaxın ümumtəhsil məktəbləri olduğu bildirilir. Hər il bu məktəblərin təmiri və yeni məktəb binasının tikintisi ilə Təhsil Nazirliyinin Təsərrüfathesablı Əsaslı Tikinti və Təchizat İdarəsi məşğul olur.
Bu idarənin rəisi isə Anar Axundovdur. Sözügedən qurum ölkə ərazisində fəaliyyətdə olan təhsil müəssisələrinin təmir və tikintisindən tutmuş, məktəblərin müxtəlif təchizat işlərilə məşğul olur. Bu məqsədlə müxtəlif şirkətlər arasında tender keçirir, udan şirkətləri müəyyən edir.
Elə korrupsiyanın əsası da tenderin keçirilməsi və qalibin müəyyən olunmasında orosesində qoyulur. Beləcə, tenderdə qalib elan olunan şirkətlərlə pul mənimsəməsinə start verilir...
Qeyd edək ki, cənab Prezident İlham Əliyev 27 may 2021-ci il-il tarixdə “Satınalmalar haqqında Qanunda” dəyişik etmək barədə Sərəncam imzalayıb. Sərəncamla qanunda edilən dəyişiklik dövlət satınalmalarında şəffaflığın və səmərəliliyin, o cümlədən satınalma metodunun aydınlıq və aşkarlıq şəraitində aparılmasını təmin etmək nəzərdə tutulur. Bu dəyişiklik həm də dövlət satınalmaları proseslərində xərclərin əhəmiyyətli şəkildə azalması və sahibkarların iştirak üçün geniş imkan yaradılmasını ehtiva edir.
Təəssüflə bildirək ki, tenderlərin keçirilməsinin məqsədinə tam zidd olaraq, alınan mal və materialların qiyməti cüni şəkildə şişirdilir. Cənab Prezident isə, məhz bu cür halların qarşısını alamq üçün qanunda dəyişiklik edib, sərəncam imzalayıb.
Amma ölkə məktəblərinin təzhizatı sahəsində hökm sürən korrupsiya göstərir ki, məktəblərin vəziyyəti idarə rəisi Anar Axundovu qətiyyən düşündürmür, onun üçün prezidentin imzaladığı sərəncama əməl etmək yox, cibini doldurmaqdan ən vacib vəzifədir.
Təhsil Nazirliyinin Əsaslı Tikinti və Təmir idarəsi bir il ərzində respublika üzrə bir sıra təhsil müəssisələrinin əsaslı təmiri və bir sıra orta məktəblərin tikinti layihə-smeta sənədlərinin hazırlanması üzrə 17 açıq tender elanı edib. Dəyəri 3 milyon ABŞ dollardan çox olan açıq tenderlərdə isə sözügedən qurum noutbukların satınalınması, respublika üzrə bir sıra təhsil müəssisələrinin əsaslı təmiri işlərinin aparılması üçün malların, dəftərxana və təsərrüfat mallarının, yumşaq inventar, yataq ləvazimatları və xüsusi geyimlərin satınalınması üzrə tenderlər keçirilib.
Maraqlı haldır ki, Təhsil Nazirliyinin Əsaslı Tikinti və Təmir idarəsi modul tipli təhsil müəssisələrinin quraşdırlıması üçün tender keçirib, lakin bununla bağlı elan verilməyib. Hətta bu barədə heç rəsmi qəzetlərdə belə məlumat verilməyib, sual olunur niyə?! Hətta keçirilən tenderlərdə hansı şirkətlərin qalib gəldiyi və nə qədər vəsait aldığı ictimaiyyətdən gizlədilib!
Bəs yaxşı, 10 milyon manat dövlət vəsaiti hansı şirkətlər arasında necə bölünüb, bilən yoxdur!
Budurmu cənab prezidentin sərəncamında tələb olunan şəffaflıq?! Bu cür xoşagəlməz halların Anar Axundovun müdir olduğu idarədə baş verməsi nazirlikdə normal hal kimi qarşılanır, bu isə, o deməkdir ki,Təhsil Nazirliyinin Əsaslı Tikinti və Təmir idarəsi korrupsiya yuvasına çevrilib.
Respublika ərazisində modul tipli təhsil müəssisələrinin quraşdırılmasında iştirak edən sahibkarın verdiyi məlumata görə, Təhsil Nazirliyinin Təsərrüfat Hesablı Əsaslı Tikinti və Təchizat İdarəsində qanunsuzluq, vəzifədən sui-istifadə hökm sürür. Xəbərə görə, Nazirliyin Təsərrüfat Hesablı Əsaslı Tikinti və Təchizat İdarəsində keçirilən tenderlərdə satınalmalarda korrupsiyaya ilə məşğul olmaq adi haldır. Yəni satınalma (tender) proseduru başlamamış artıq bütün işlər idarənin rəisi Anar Axundovun və rəis mavini Fərhan Əliyevin qohumlarının adlarına təsis edilmiş müəssisələr "dərhal icra" edirlər.
Xülasə, dövlətin ayırdığı on milyonlarla büdcə vəsaiti Anar Axundov və onun qohumları tərəfindən mənimsənilir.
Görəsən, Təhsil naziri Emin Əmrullayevin nazirliyin idarəsində tüğyan edən korrupsiyadan xəbəri yoxdur?!
P.S Yazıda adı çəkilən şəxslərin mövqeyini dinləməyə hazırıq.