Ramazan məktubları - IX məktub

Ramazan məktubları - IX məktub
 

Siracəddin Hacı yazır...

Əziz atalar, analar!
Məncə, yaxşı ana və atanın iki önəmli özəlliyi var: səbir-dirəniş gücü, bir də mərhəmət. Bu yaxşı analar və atalar övladlarına üç şey öyrədərlər:
a) YOX deməyi öyrədərlər – bu, azadlığın əsasıdır, yox deməyi öyrətmək üçün övladlarınızın sizə yox deməsinə izin verin, dəlilli, sübutlu yox deyirlərsə, qəbul edin, təşəkkür edin, anaya, ataya, müəllimə, həyat yoldaşına, müdirinə, dövlət başçısına əsaslı yox demək tərbiyəsizlik deyil, ərdəmdir-şəxsiyyət olmaqdır;
b) Onlar ACINI, SIXINTINI, ÇƏTİNLİYİ öyrədərlər – acı olmasa, potensial üzə çıxmaz, bu anlamda tərbiyə acı verməkdir, acı olmasa, övladlarınız fikrən, ruhən, əxlaqən böyüməz, özünü, varlığı kəşf etməz. Uğurun üç dayağı var: acı, uğursuzluq, əmək;
c) Onlar övladlarına HƏDDİNİ öyrədərlər – həddini bilən ziddinə çevrilməz, haqqını bilər, haqq yeməz, haqqını yedirtməz, əzməz, əzdirməz, zalım da olmaz, məzlum da;

Paralel.az

0.019394874572754