Xaliq Məmmədovun qohumundan özbaşınalıq

Xaliq Məmmədovun qohumundan özbaşınalıq
 




Ölkə vətəndaşlarının problemləri bitib-tükənmir. Paralel.az dia.az-a istinadla Neftçilərin Hüquqlarını Müdafiəsi İB-nin sədri, tanınmış hüquq-müdafiəçisi Mirvari Qəhrəmanlının məlumatını xəbər verir.
Mirvari Qəhrəmanlı qeyd edir: "SOCAR Qaz İxrac İdarəsinin rəisi cənab Əkbər Hacıyev! Rəhbərlik etdiyiniz idarənin Astara magistral qaz kəmərləri sahəsinin rəhbəri Zahir Rzayev həmin sahənin işçisi, onkoloji xəstə Vüqar Abbasova ( oğlu 2 -ci Qarabağ iştirakçısıdır) qarşı qəddar, heç bir çərçivəyə sığmayan ədalətsiz və qanunsuz hərəkətlərə yol verib.
Vüqar Abbasov 2 il 6 ay onkoloji xəstəlikdən əziyyət çəkib. Bu il aprelin 17-də vəfat edib. Mart ayının 30-da qeyd olunan müəssisənin Nuru adlı kadr üzrə işçisi Vüqar Abbasovun evinə gələrək, ağır yataq xəstəsi olan işçiyə təzyiq edərək, ona məcburi işdənçıxma ərizəsi yazdırıb. Bununla da Qaz İxrac İdarəsinin Astara magistral qaz kəmərləri sahəsinin rəhbəri Zahir Rzayev Əmək Məcəlləsinin 69-cu maddəsinin (Əmək müqaviləsinin işçi tərəfindən ləğv edilməsi qaydası) 1(İşçi bir təqvim ayı qabaqcadan işəgötürəni yazılı ərizəsi ilə xəbərdar etməklə əmək müqaviləsini ləğv edə bilər), 2 (Ərizə verildiyi gündən bir təqvim ayı bitdikdən sonra işçi işə çıxmamaq və son haqq-hesabının aparılmasını tələb etmək hüququna malikdir. Bu halda işəgötürən işçinin tələblərini yerinə yetirməyə borcludur.) və 7-ci ( İşəgötürən tərəfindən zor işlədilərək, hədə-qorxu gələrək, yaxud hər hansı başqa üsulla işçinin iradəsinin əleyhinə əmək müqaviləsini ləğv etməyə onu məcbur etmək qadağandır.) bəndlərini, Maddə 72. a bəndini (özünün xəstəliyi, yaxın qohumunun xəstələnməsi və ya vəfat etməsi istisna olunmaqla heç bir üzrlü səbəb olmadan bütün iş günü işə gəlməməsi;) Nazirlər Kabinetinin 189 saylı qərarının müvafiq maddələrinin tələblərini kobud surətdə pozub. İdarə rəhbəri Zahir Rzayevin ölüm ayağında olan işçisinə 2 həftə dözməyə səbri çatmayıb. İllərdir işçilərdən və Vüqar Abbasovdan üzvlük haqqı tutan həmkarlar təşkilatı vəzifəsini (ən əsası da vicdanı) unudaraq ağır yataq xəstəsi olan işçiyə məcburi işdənçıxma ərizəsi yazdırılmasına göz yumub. Ən azından iki həftə səbriniz çatsaydı, işçi ölümlə əlaqədar işdən azad olardı və ailəsi də 3 orta aylıq əməkhaqqı məbləğində müavinət alardı. Allah qarşınıza çıxarsın...
Qohumlarının dediyinə görə sahə rəisi SOCAR vitse-prezidenti Xaliq Məmmədovun qohumudur".
Materialda iddia olunanlarla bağlı bütün maraqlı tərəfləri dinləməyə hazırıq.
Paralel.az

0.014600992202759