Putin nələri qazanmaq istəyirdi, nələri itirdi?

Putin nələri qazanmaq istəyirdi, nələri itirdi?
 

Siracəddin Hacı:

- SSRİ-ni bərpa etmək istəyirdi – Rusiyanı parçalanmaqdan qorumağın yollarını axtarır;
- Ukrayna xalqı yoxdur deyirdi – Ukrayna xalqını millətə çevirdi;
- Biz slavyanıq, birik deyirdi – iki qardaşı düşmən etdi, parçaladı;
- Ukrayna dövləti yoxdur deyirdi – Ukraynanı dövlətləşdirdi;
- Putinin ən qorxulu silahı qorxutmaqdır – Ukrayna xalqı cəsarət neməti ilə bu silahı yox etdi;
- Putin hər şeyi bildiyini zənn edirdi – iki addım irəlini görə bilmədiyi üzə çıxdı;
- Ukraynadakı rus xalqını qoruyacağını iddia edirdi – Ukraynanın ruslar yaşayan bölgələrini bombalayır;
- Rus ordusu dünyanın ən güclü ordusudur deyirdi – “Moskva” savaş gəmisini qoruya bilmədi;
- Dünyaya meydan oxuyurdu – Rusiya mifinə son qoyuldu;
- Putin dünyadan Rusiyaya yeni pay (ərazi) alacağını deyirdi – dedilər ki, sənin payın onsuz da çoxdur;
- Ukrayna NATO-ya üzv olmasın deyirdi – Ukrayna NATO-ya getməsə də, NATO Ukraynaya gəldi;
- Ukrayna Avropa İttifaqına üzv olmamalıdır deyirdi – Ukraynanın Avropa İttifaqına üzvlüyünün yolu açıldı;
- NATO sərhəddimizdən çəkilməlidir deyirdi – 1814-cü ildən başlayaraq heç bir ölkə ilə savaşmayan İsveç, Çar Rusiyasından ayrılmış Finlandiya NATO-ya üzv olmağa hazırlaşır;
- Avropa Birliyini parçalayacağını düşünürdü – birləşdirdi, İsveçrə belə neytrallığını pozdu;
- Üç günə Ukraynanı işğal edəcəyini planlaşdırmışdı – iki aydır Mariopolu ala bilmir;
- Ukrayna xalqını faşistlərdən xilas edəcəyini söyləyirdi – günahsız Ukrayna xalqını öldürür;
- Ordumun məqsədi barışı təmin etməkdir deyirdi – ordusunun quldur dəstəsi, zalım, bəbək qatili olduğu açıq göründü;
- Zelenskiyə faşist deyirdi, onu devirəcəyinə, qaçmağa məcbur edəcəyinə arxayın idi – Zelenski ilə görüşə biləcəyini söyləyir;
- Bütün Ukraynanı işğal edəcəyinə əmin idi – Donbasa yönəlməyə məcbur oldu;
- Ukraynanın silahsız dövlət olmasını tələb edirdi – Ukrayna ordusu ən müasir silahlara sahib oldu;
- Təsir məkanında olan dövlətlərin ona dəstək verəcəyinə inanırdı – Belarusdan başqa kimsə yaxın durmadı;
- İqtisadi gücünə arxayın idi – dünyadan təcrid olundu, hər gün milyonlarla pul itirir, ağıllı, istedadlı insanlar Rusiyanı tərk edir;
- Dünyanı nüvə silahı ilə qorxudurdu – dünya bunu Rusiyanın zəifliyi kimi dəyərləndirdi;
- Pyotr Rusiyaya Avropanın qapılarını açdı – Putin bu qapıları bağladı;
- Rus xalqına Rusiya dünya dövləti olacaq müjdəsini verirdi – rus xalqı totalitarizmin faciəsini görməyə başladı;
- Rusiyanın inkişaf etmiş dövlət olduğunu söyləyirdi – onun nə dərəcədə geri qaldığı, cəhalət içində boğulduğu, siyasi, əxlaqi, iqtisadi, mənəvi çöküş yaşadığı üzə çıxdı;

Paralel.az

0.08336615562439