"Qərb Rusiyalı oliqarxları Putin rejiminin hissəciyi hesab edir"

 

"Qərbdə əmindirlər ki, Putin rejimi bəzi hallarda oliqarxlardan "yumşaq güc" yaratmaq, mətbuata təsir etmək və ictimai rəyi yönləndirmək üçün də istifadə edir"

"Böyük Britaniya Fərhad Əhmədov və Vahid Ələkbərov da daxil olmaqla, 206 fiziki və hüquqi şəxsə qarşı sanksiya tətbiq edib. Onların adı ABŞ və Avropa Birliyinin də sanksiyasına daxildir. Qərbdə hesab edirlər ki, rusiyalı oliqarxları azad iş adamları hesab etmək olmaz. Ona görə də onların sərvətləri dondurulur, bəzi halarda isə müsadirə olunur". Paralel.az xəbər verir ki, bu fikirlər politoloq Xaqani Cəfərliyə məxsusdur.

Politoloqun sözlərinə görə, Qərb Rusiyalı oliqarxları Putin rejiminin hissəciyi hesab edir: "Putinin oliqarxların vasitəsilə Qərb cəmiyyətlərinə təsir etdiyi sübut olunub. Qərbdə əmindirlər ki, Putin rejimi bəzi hallarda oliqarxlardan "yumşaq güc" yaratmaq, mətbuata təsir etmək və ictimai rəyi yönləndirmək üçün də istifadə edir".

Fərhad Əhmədov və Vahid Ələkbərovun Azərbaycanda da sərvətləri olduğunu vurğulayan Xaqani Cəfərli hesab edir ki, onların ölkəmizdə fəaliyyətləri arzuolunmazdır və bu səbəbdən də sərvətləri dondurulmalıdır.

Mənbə: Hurriyyet.az

0.01954197883606