Ramazan məktubları - VI yazı

Ramazan məktubları - VI yazı
 

 

Siracəddin Hacı:
Əziz atalar, analar! Övladlarınıza sınır qoymağı öyrədin.
Sınır qoymaq:
- YOX deməyi öyrənməklə başlayar, YOX demək azadlığın əsasıdır, seçməkdir, YOX deməyi bacarmayanın dəyəri yox olar, YOX deməyən sözünü seçməz, ağlına gələni danışar, gözdən düşər, yeməyini seçməz, nə gəldi yeyər, xəstələnər, yolunu seçməz, azar...;
- YOX demək sınır qoymaqdır, sınırını bəlli et, qarşı tərəfə bildir, nə olar, nə olmazı öyrət ki, səni istismar etməsin;
- BƏDƏNİN sınırındır – YOX de, kimsə izinsiz toxuna bilməz, hər kəs toxunsa, dəyərin qalmaz;
- ZAMANIN sınırındır – YOX de ki, kimsə çalmasın;
- AİLƏN sınırındır – YOX de ki, kimsə toxunmasın;
- EVİN sınırındır – YOX de ki, kimsə izinsiz girməsin;
- SƏRVƏTİN sınırındır – YOX de ki, kimsə istismar etməsin. Məsələn, qızınız ailə quranda qazandıqlarını ərinə verməsin, əri pul istəsə, borc versin, borcu vaxtında ödəyəcəyi ilə bağlı söz alsın;
- ƏDALƏT sınırındır – YOX de ki, haqqın yeyilməsin;
- AZADLIQ sınırındır – YOX de ki, kimsə səni kölələşdirməsin;
- VƏTƏN sınırındır – YOX de ki, kimsə işğal etməsin, xarabaya çevirməsin;
- ELM sınırındır – YOX de ki, cəhalət səni öldürməsin;
- SEÇİM HAQQI sınırındır – YOX de ki, kimsə sənin yerinə qərar verməsin;
- İMANIN sınırındır – YOX de ki, küfür səni sıradan çıxarmasın;
- HƏQİQƏT sınırındır – YOX de ki, yalan səni həlak etməsin;
SINIRI olmayanın DƏYƏRİ olmaz. Qurani-Kərim bizə öyrədir ki, kimsənin haqqını yemə, kimsənin də sənin haqqını yeməsinə izin vermə!

Paralel.az

0.018922090530396