Deyirlər “Filankəs yaxşı tərcüməçidir, odurey ən yüksək tərcümələrə gedir..”

Deyirlər “Filankəs yaxşı tərcüməçidir, odurey ən yüksək tərcümələrə gedir..”
 

 

Günel Bayramova:
"Bəziləri dərk etmir ki, təhsil müəssisəsində “yüksək” səviyyədə tərcümələrə gedib qaz vurub qazan doldurmaqla, təhsilə faydalı olmaq, ən azından vicdanla dərs demək başqa-başqa şeylərdir.
Bu günlərdə universitetdə illərdir özünə “gün ağlayan”, yaxşı yerlərdən birini məngirləmiş möhtərəmlərdən biri özündən olsa sanballı fikir yürütməyə durub: “Filankəs ən yaxşı tərcüməçidir. Odurey ən yüksək tərcümələrə gedir..”.
Beyni piy basmış bu məl’un maliyyə tutumu olan layihələrə qənim kəsilmiş həmkarına arxa çıxmaq, mümkün şikardan nəsibini almaq üçün dəridən-qabıqdan çıxır: “Onun tərcümə etdiyi o saxtakar dilinə qurban olum! Qara qələmi ilə cızdığı talelər fəda olsun dyutifrilərdəki şirin söhbətlərimizə! Nə olsun ki, 5-10 il universitetə ayrılan layihələrə qənim kəsilib, özünə və əhli-əqrabasına Avropanın ən yaxşı universitetlərində şellənmək fürsəti yaradıb?! “Zato” dünyanın aparıcı liderlərinin ətəyi ətəyinə dəyib! Kaş o töhmət mənə veriləydi, ancaq o layihələr qrup üzvümüzün əlindən çıxmayaydı!”
Adam universitetdə illərdir hörmətli vəzifə tutur, ancaq hələ də gəlirli tərcümələrə getməklə təhsilə faydalılığın fərqini dərk etmir.
Bəli, yaxşı tərcüməçi olmaq hələ işin yarısıdır, Tərcümə Fakültəsində belə!"

Paralel.az

0.017420053482056