Azərbaycan İdman Jurnalistləri Assosiasiyasının rəhbərliyi Qurban Qurbanovu təbrik edib

Azərbaycan İdman Jurnalistləri Assosiasiyasının rəhbərliyi Qurban Qurbanovu təbrik edib
 

Azərbaycan İdman Jurnalistləri Assosiasiyasının rəhbərliyi bu gün 50 illiyik yubileyi olan "Qarabağ" Futbol Klubunun baş məşqçisi Qurban Qurbanovu Ağdam klubunun Suraxanıda yerləşən bazasında təbrik edib.

AİJA prezidenti Eldar İsmayılov, təşkilatın vitse - prezidentləri Nərgiz Mahmudzadə və Anar Şabanoğlu əfsanəvi məşqçimizə Azərbaycan futbolunun inkişafında və ölkəmizin beynəlxalq imicinin daha da yüksəldilməsi üçün göstərdiyi misilsiz xidmətlərə görə təşəkkürlərini bildiriblər.

AİJA mötəbər beynəlxalq olimpiya və idman təşkilatları ilə, o cümlədən Beynəlxalq Fair Play Komitəsi ilə əməkdaşlıq edir.
Komitənin prezidenti Jeno Kamyutinin Qurban Qurbanovun 50 illiyi münasibətilə AİJA-nın ünvanına göndəriyi rəsmi təbrik məktubu yubilyara təqdim edilib.
AİJA prezidenti Eldar İsmayılov qeyd edib ki, UEFA Konfrans Liqasının 1/16 final mərhələsinin "Qarabağ" - "Marsel" oyunundakı fair play jesti Beynəlxalq Fair Play Komitəsi tərəfindən böyük rəğbətlə qarşılanıb.

AİJA-nın komitəyə Qurban Qurbanovun 2022-ci ildə Dünya Fair Play mükafatına namizədliyi ilə bağlı təşəbbüsü və rəsmi müraciəti beynəlxalq qurum tərəfindən müsbət qarşılanıb.

Beynəlxalq Fair Play Komitəsinin prezidentinin Qurban Qurbnova yazdığı təbrik məktubunun mətni:
Azərbaycanın "Qarabağ" Futbol Klubunun baş məşqçisi cənab Qurban Qurbanova
Hörmətli, cənab Qurban Qurbanov!
Sizin 2022-ci il fevralın 24-ü etdiyiniz ədalətli oyun jesti bütün dünyaya səs salıb. Mən sizi bu addımınıza görə minlərlə dəfə təbrik edirəm. Bu istənilən qələbədən daha üstündür. Siz böyük bir nümunə göstərmisiniz! İzninizlə sizə möhkəm can sağlığı və uğurlarınızın davamını arzulayım!
Doğum gününüz mübarək!

Jeno Komuti
Beynəlxalq Feyr Play Komitəsinin prezidenti

0.017642021179199