SİMA –nın tətbiqinə başlanıb

SİMA –nın tətbiqinə başlanıb
 

 

Osman Gündüz:
Azərbaycanın yeni rəqəmsal imzası SİMA artıq identifikasiya vasitəsi olaraq tətbiq edilməyə başlanıb.
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin “AzInTelecom” qurumunun məhsulu olan SİMA ilk olaraq “PAŞA Bank”ın sisteminə inteqrasiya olunub. Artıq bu bankda bir sıra əməliyyatları, sənəd imzalanmasını SİMA üzərindən reallaşdırmaq mümkündür.
Atılan addımlar Azərbaycanda rəqabətli elektron imza mühitinin yaranması üçün olduqca faydalıdır.
Xatırladıram ki, hazırda mobil imza sektorunda bizdə uzun illərdir ki, inhisarçılıq var.
ASAN Xidmətə dəxli olmayan, xarici vətəndaşa məxsus olan ASAN İmza sistemi xeyli müddətdir Azərbaycanın rəqəmsal sektorunda hökmran mövqe tutub və hər il də bu imzadan istifadə ilə bağlı qiymətlər artmaqda davam edir.
Ümid edirəm SİMA –nin tətbiqi ilə bağli işlər sürətlənəcək.
Bunun üçün rəqəmsal inkişafa cavabdeh olan RİNN, AzİnTelekom və e-Gov –un inkişafına cavabdeh olan VXSİ Dövlət Agentliyi, Elektron Hökumətin İnkişafı Mərkəzi birgə SİMA-ya keçid planı hazırlamalı, konkret vaxt müyyən olunmalıdır.
Daha çevik və effektiv sistem olan, daha əlçatan olan, biometrik identifikasiyaya əsalanan SİMA-nın təqdimatından ötən 2 ay müddətində yalnız bir quruma inteqrasiya etmək potensial imkanlar baxımından elə də ciddi irəliləyiş deyil.
SİMA-nın tez bir zamanda tətbiqi dövlət və özəl sektorda, vətəndaş cəmiyyəti sektorunda rəqəmsal transformasiyanı daha da sürətləndirə bilər.
Düşünürəm ki, EHİM eGov sektorunun, ASAN Login Sisteminin, dövlət qurumlarının elektron xidmətlərinin SİMA-ya inteqrasiyası üçün səylərini gücləndirməlidir.

Paralel.az

0.019524097442627