Hamı 45 dil bilən Smitdən yazır...

Hamı 45 dil bilən Smitdən yazır...
 

Lalə Mehralı yazır:
Hamı amerikalı 45 dil bilən Smitdən yazır. Xalça yuyur o qədər dil biliyi olan adam. Təəssüflənir hamı. Bizim İbrahim Cəfərovdan da yazın. 60-a yaxın dil bilən, ixtisasca rus dili və ədəbiyyatı müəllimi olan azərbaycanlıdan. Başına gətirilən oyunlardan da yazın. Dəfələrlə mətbuatla müraciət etdi, həmkarları sözdə dəstək verdi, əməldə kimsə nəsə etmədi.

İbrahim görüb-görəcəyiniz ən vicdanlı müəllimlərdəndir. Pulsuz repetitorluq edən, gecə-gündüz uşaqlara təmənnasız kömək edən, onları öz xərci ilə kinoya, ekskursiyaya aparan. İşlədiyi məktəbdə başına o oyun qalmadı ki gətirilməsin. Pulsuz dərs verir, uşaqlara öz cibindən dərs vəsaitləri alır, öz qanuni dərs saatını tələb edir deyə 139 saylı məktəbin direktoru Pərvanə Əzimova tərəfindən təzyiqə məruz qaldı, axırda da şər atdılar.

Pulsuz dərs verdiyi şagirdlərindən birini öyrədib üzünə durdurdular ki döyübsən uşağı. Valideyni də şikayət etdi müəllimdən. Nazirin qəbulunda da oldu, nəticə sıfır, nazir də bata bilmir demək direktorlara. Elə olmasaydı o cür işıqlı bir gənci öz biznesinə qurban edə bilməzdi direktor. İbrahim müəllim şagirdi döymədiyini sübut edə bilmədi, çünki ona qarşı mütəşəkkil qrup təşkil etmişdi direktor, uşaq, valideyn, müəllim-hamısı üzünə durdu, o da məktəbdən uzaqlaşdı.

İndi kursda işləyir, yenə müəllimdir, yenə öyrədir. Məktəbdə olmasa da. Amma beləcə küsdürürlər gəncləri, işləmək həvəsini öldürürlər.

Paralel.az

0.018778085708618