"Azəriqaz" İstehsalat Birliyinin Baş direktoru Ruslan Əliyev yazır:
Azərbaycan Respublikası Dövlət Neft Şirkəti "Azəriqaz" İstehsalat Birliyinin Baş direktoru Ruslan Əliyev yazır:
Dəyərli dostlar!
Bir neçə gün öncə xidməti vəzifəsini yerinə yetirərkən abonentin fiziki hücumuna məruz qalmış əməkdaşımız Ağamirzə Vəliyevə bu fün baş çəkdik.
Zərərçəkmiş əməkdaşımızın sağlıq durumu və qayğıları ilə yaxından maraqlandıq. Sonra Birliyin əməkdaşı Ağamirzə Vəliyev səmərəli işinə, nümünəvi əmək failiyyətinə görə “Azəriqaz” İB rəhbərliyi və birliyin həmkarlar ittifaqı təşkilatının Fəxri Fərmanı və qiymətli hədiyyə ilə təltif olundu.
Ağamirzə Vəliyevə tezliklə sağlamlıq durumunun taxşılaşması və yenidən işinə qayıtmasını arzulayıram.
Bir daha bildirmək istəyirəm ki, əməkdaşlarımıza qarşı olunan bu hal yolverilməzdir!