XXI əsrdə su başında duran "yeddibaşlı əjdahalar"

XXI əsrdə su başında duran
 

Qədim nağıllarımızda su ilə bağlı maraqlı məqamlar var.
Suyun həyat olması-filan heç kimə sirr deyil. Bunu adi uşaq da bilir.
Amma nağıllarımızda el-obaya gələn suyun başında YEDDİBAŞLI ƏJDAHA-nın dayanması və camaatı su ilə imtahana çəkməsi qırmızı xətlə keçir.
İnsanlar uzun müddət susuzluqdan əziyyət çəkdikdən sonra nəhayət el-obanın içindən bir QƏHRƏMAN çııxıb yeddibaşlı əjdahanın başını əzərək camaatı bol-bol su ilə təmin edirdi.
İndi günümüzə baxın ki, XXI əsrdə bəzi məmurlar yeddibaşlı əşdahadan da betər olublar. Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin rəhbərliyində təmsil olunan şəxslərdən Zakir Quliyev və Rafiq Aslanov Səhmdar Cəmiyyətin idarə olunmasını 2000-ci illərin təfəkkürü ilə görmək istəyirlər, çünki bu dövrlər onlar üçün həm düşərli, həm də sərfəli olub.
Bu iki şəxs uzun illərdir ki, Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyəti sədrinin müavinləridir.
Sözün düzü, Prezident İlham Əliyev cənabları Zaur Mikayılovu ASC-yə sədr təyin edəndə cəmiyyət düşünürdü ki, bu gənc sədr uzun illərdir ASC-də kök atmış Zakir Quliyevlə Rafiq Aslanovu tarixin arxivinə yola salacaq.
Amma min təəssüf ki, Zaur Mikayılov cəmiyyətin bu gözləntisini və Prezidentin etimadını doğrultmadı.
Əksinə bu köhnə işçilərlə dil taparaq işləməyə başladı.
Amma əslində yeni sədr işə başlayan kimi hər iki müavinin illər uzunu ASC-nin başına açdığı oyunları araşdırmalı idi.
Sonra yeni, gənc sədr bu müavinlərdən soruşmalı idi ki….
Prezidentimiz deyir ki:
“Azərbaycanda su itkisi 40-50 faizdir…itkilərin əsas mənbəyi torpaq kanallardır, amma təkcə torpaq kanallar deyil. Digər mərhələlərdə də itkilərə yol verilir. Bəzi hallarda bu itkilər süni şəkildə şişirdilir. Bəzi hallarda heç itki olmur, amma suyun həcmi itkilərə silinir. Mənə verilən məlumata görə, burada da xoşagəlməz hallar kifayət qədər geniş vüsət alıb. Ona görə, birincisi, biz bu itkiləri azaltmalıyıq. Çünki 40-50 faiz itki dözülməz səviyyədir. Mən yenə də deyirəm, əgər itkilər aradan qaldırılsa, bizim mövcud su mənbələrimiz və su resurslarımız kifayətdir”.
Görəsən yeni sədr niyə bu sualları müavinlərinə vermədi..?
Nəinki müasir texnologiyanın olduğu XXI əsrdə, heç orta əsrlərdə öküzlə torpaq əkiləndə də 40-50 faiz su itkisi ola bilməzdi.
Görəsən, yeni sədr öz müavini Zakir Quliyevdən niyə soruşmadı ki, ölkə ekologiyasının anasını ağlar qoyan qum, çınqıl sexlərini, daş karxanalarını hansı milyonların hesabına yaratmısan..?
Yaxud Zakir Quliyev Cavad yolunun üstündəki ŞAMLIQ şadlıq sarayını, Çuxuryurddakı qoşa villaları, Sabirabadda, Cavadda, Bakıda evləri, obyektləri, rayondakı fermaları, qoyun sürülərini, balıq vətəgələrini və s hansı pulla alıb..?
Əlbəttə, bütün bunlar hamısı Prezidentin dediyi 40-50 faiz su itkisinin hesabına əldə olunub. Yəni 40-50 faiz su heç hara itməyib…

Görəsən, yeni sədr öz müavini Rafiq Aslanovdan niyə soruşmadı ki, onun oğluna məxsus olan və dəyəri milyonlar olan avtomobil kolleksiyası hansı pulla alınıb..?
Avtomobillərinin nömrələri də soyadına uyğun Asl × nov (× sıralama rəqəmlərlə ifadə olunur, məs. 1,2,3,4,5 və s.) kimi qeydiyyata alınıb: “Kolleksiyada Bentley, Range Rover, Mercedes S Class, C Class, E Class da daxil olmaqla xeyli sayda avtomobil var.
Rafiq Aslanov Londonda mülkləri, biznes şəbəkəsini, Türkiyədə otelləri və s hansı pulla əldə edib..?
Rafiq Aslanovun bacısıoğlu “Meliorasiya və Su Təsərrüfatı ASC -nin Texnoloji İstehsalat Komplektləşdirmə İdarəsinin rəisi İlqar Əliyev təkcə bir kranı 1 milyon manata sataraq mənimsəyib.
Düzü, 40-50 faiz suyun neçə milyon kub olduğunu dəqiq bilməsək də, ancaq onu bilirik ki, bu miqdarda su balıq vətəgələrinə, sahibkarlara, iş adamlarına, fermerlərə satılıb.
Hələ bu harasıdır..?
Zakir Quliyev və Rafiq Aslanov uzun illər qurumun tabeçiliyində olan idarələrə məxsus texnika, avadanlıq və mexanizmləri köhnəlmiş adı ilə balansdan çıxardaraq satıb yüz minlər qazanıblar.
Hələ saxta tenderləri, geri qaytarılan “otkat”ları demirik.
Qısa məlumat üçün qeyd edək ki, Zakir Quliyev ASC-də hələ sədr müavini olmadığı vaxt uzun illər Kür Araz çaylarında Bəndlərin İstismar İdarəsinin müdiri olub və vəzifəsindən çıxıb ASC-yə müavin gələndə xalası oğlu Elman Nuriyevi öz yerinə təyin edib.
Elə bil ki, bu boyda qurum buna pay kimi verilib.
Sözün qısası, Zakir Quliyev və Rafiq Aslanov cütlüyü Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətini məhv edir. .
Yazıda müxtəlif saytların məlumatlarından istifadə olunub.
Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.

Mənbə:gundelik-baku.com

Paralel.az

0.022775888442993