"Qara nida"lar "qara işlər"ə işarədir?

 



06.04.2022-ci il tarixində "Dövlət Satınalma Portalı"nda, İctimai Televiziya və Radio yayımları şirkətinin bir gündə iki - "Lider TV və Radio Azərbaycan" MMC (ləğv prosesindədir) (VÖEN-1400398891) ilə "Ləğv prosesində olan "Lider TV və Radio Azərbaycan"MMC-nin satış üçün nəzərdə tutulan əsas vəsaitlərin, aktivlərin və studiyanın satın alınması" (MƏBLƏĞ - 838581 AZN) və Fiziki şəxs Rəhimov Hikmət Vaqif oğlu (VÖEN-2002225642) ilə "Əsərin ssenarisinin müəlliflik hüququnun satın alınması" (MƏBLƏĞ - 14000 AZN) müqavilələri, Azərbaycan Dövlət Bədən tərbiyəsi və idman Akademiyasının "SİNAM" MMC (VÖEN-1300149611) ilə "Xidmət müqaviləsi" (Lot adı: "SERP" Proqram təminatının modullarına texniki dəstək xidmətinin satın alınması) (MƏBLƏĞ - 24780 AZN), Azərbaycan Texniki Universitetinin, "SİNAM" MMC ilə "Xidmət müqaviləsi" (Lot adı: Azərbaycan Respublikası Maliyyə Nazirliyi və Dünya bankı tərəfindən birgə həyata keçirilən "Korporativ və Büdcə Sektorlarında Hesabatlılıq" layihəsi çərçivəsində büdcədən maliyyələşən təşkilatlarda "Büdcə təşkilatları Maliyyə və Mühasibatlıq Hesabatları" (BTMMH(FARABI)) avtomatlaşdırılmış informasiya sistemi SERP (Müəssisə Resurslarının İdarə Edilməsi) proqram təminatının satın alınması) (MƏBLƏĞ - 34692 AZN) müqaviləsi bağladıqları barəsində məlumat dərc edilib. Hansı ki, yuxarıda sadalanan müqavilələrin heç biri barəsində ətraflı məlumat bölməsi doldurulmayıb. Yəni, sadəcə bu müqavilələrin bağlandığı bildirilir. Başqa heç bir məlumat, yaxud katirovka sorğusu olub-olmadıği belə qeyd edilməyib.

Belə ki, ətraflı məlumatın yerində "dağ kimi dayanan" "qara nida"lar burada qara işlərin bələdçisi rolunu oynayır.

Görəsən, oxucularda belə şübhə yaradan "qara nida"lar Maliyyə Nazirliyində şübhə yaratmırmı ki, onların sayı günü-gündən artır. Və ən maraqlısı da odur ki, bu cür müqavilələr çox zaman eyni müəssisələr tərəfindən bağlanır. Məsələn İctimai Televiziya və Radio Yayımları şirkətinin az müddət əvvəl bir gündə 12 müqavilə bağladığı zamanlar oldu. Hansı, hamısında da "ətraflı məlumat" bölməsi boş idi, Texniki Universitet bu cür müqavilələri az qala "hobbi"yə çevirib, Elmlər Akademiyasının nəzdində olan bir çox institut və universitetlər, Respublika Neyrocərrahiyyə Xəstəxanası və başqa bir neçə müəssisələr var ki, mütəmadi olaraq bu cür qapalı tender müqavilələri imzalayır. Diqqət etdinizsə, əksəriyyəti təhsil və səhiyyə müəssisələrinin bu sahədə daha çox aktivdir.

Kaş ki, xidmət fəaliyyətlərində də bu qədər bacarıqlı olsalar...

Yalnız, bu müqavilələrdən daha çox diqqət çəkən, Maliyyə Nazirliyinin bunlara səssiz qalması, barələrində heç bir araşdırmalar, tədbirlər həyata keçirməməsidir.

Redaksiyamız hər kəsin söz haqqını tanıyır.

Mənbə: DogruXeber.az
Paralel.az

0.018590927124023