Ramazan məktubları

Ramazan məktubları
 

Siracəddin Hacı yazır...

I MƏKTUB
Əziz analar, atalar! Övladlarınıza güvən duyğusu vermək, onları sevdiyinizi, dəyərli saydığınızı göstərmək istəyirsinizsə, bir məsələ ilə bağlı qərar verməzdən öncə bu cümləni seçə bilərsiniz:
“QIZIM, OĞLUM, SƏN BU MƏSƏLƏ İLƏ BAĞLI NƏ DÜŞÜNÜRSƏN?”

II MƏKTUB
Əziz analar, atalar! Övladlarınız uğursuzluqla qarşılaşanda onları danlamayın, ittiham etməyin, ələ salmayın, əksinə, uğursuzluğu uğur üçün fürsətə çevirin. Bu məqsədlə belə bir cümlə seçə bilərsiniz: “UĞURSUZLUQ HƏYATIN AYRILMAZ BİR PARÇASIDIR, SƏN UĞURSUZLUĞUNDAN NƏ ÖYRƏNDİN?” Bu sual övladınızı uğursuzluğun səbəblərini, çıxış yolunu axtarmağa yönəldəcək, biləcək ki, önəmli olan uğursuzluq deyil, öyrənməkdir, uğursuzluğu bizə bir şey öyrədən fürsətə çeviririksə, nemət olur. Unutmayaq ki, heç bir uğurun qısa, asan yolu yoxdur, hər uğursuzluq uğuru müjdələyir.

Paralel.az

0.012226104736328