Dünyanın siyasi xəritəsi dəyişir?
Tapdıq Abbas yazır:
SİYASƏT - gücə bağlı olan "aldatmaq bacarığıdır"! Dünyanın idarəetmə pramidasını supergüclər qurur. Supergüclərin rəhbərləri onlardan asılı olan kiçik dövlətləri güclə (qorxu ilə) idarə edir, kiçik dövlətlərin rəhbərləri isə supergüclərin himayəsilə dövləti və xalqı talayıb asılı oldiqları superdövlətlərə və bir də özlərinə sərf edirlər.
İndiki dünyada ingilislər, yəhudilər və budduistlər dünya ağalığı uğrunda mübarizə aparırlar. Dünyanı öz müstəmləkəsinə çevirmək istəyən 3 supergüc var - ABŞ və Avropa, Rusiya və Çin. Bu supergüclər hər biri işğal etdiyi dövlətləri sümürməklə yaşayır və biri digərini sıradan çıxarıb, daha güclü olmağa cəhd edirlər.
Hazırda ABŞ və Avropa Ukrayna krizilə Rusiyanı çökdürmək prosesinə başlayıb. Proses birincilərin istəyinə uyğun gedir. Bu müharibədə Rusiyanın qazancı yoxdur, itirdikləri və itirəcəkləri isə həddindən çoxdur...
"Parçala, hökm sür"! - siyasəti dünyanın hər yerində davam edir!..
Paralel.az