Ölkə vətəndaşı problemlə üzləşib
Bakının Yasamal rayonu, Mətbuat prospekti 18/7 sakini Afaq Zülfüqarova problemlə üzləşib. Vətəndaşın AİB-ə ünvanladığı müraciətdə deyilir: “Mənim istehlakçı hüququm Azərbaycan pr.42 də yerləşən Mothercare uşaq mağazası tərəfindən pozulub.
25.03.2022-ci il tarixində Mothercare mağazasından körpə üçün Bath Stand (84.10 man.) və Stokke Flexi Bath Transparent (89 man.) alınıb. Vanna dayanacağa və körpənin ölçüsünə uymadığı üçün 26.03.2022-ci il tarixində qəbz ilə birgə yalnız vannanı dəyişdirmək istədiyimizi bildirdik, lakin mənə çox sərt bir şəkildə bunun heç cür mümkün olmadığını bildirdilər. Onların bizə yanlış dayanacağı satdıqlarını bildirməyimə baxmayaraq, yenə kobudcasına bunun mümkün olmadığını bildirdilər. İnstagram səhifələrinə yazandan sonra oranın əməkdaşı Fəridə xanım mənimlə əlaqə saxladı və dəyişməyin mümkün olmadığını bildirdi. Hətta onlara video çəkərək vannanın dayanacağa uymadığını təqdim etmişik. Bu barədə artıq Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinə də müraciət etmişəm.
Xahiş edirəm istehlakçı hüququmu qoruyasınız, aldığım mal ya mənim tələbatıma uyğun malla dəyişdirilsin, ya da ödədiyim vəsait mənə qaytarılsın. Bu mağaza barədə müvafiq dövlət orqanlarına və KİV-ə məlumat verilsin ki, əhali aldadılmasın”.
Nigar