1 aprel zarafatı... Şirkət yarandığı gün ləğv olunub?
Gündəmdə bir-birindən maraqlı xəbərlər yerdəyişmədədir. Bu dəfə isə baş verənlərin 1 aprel zarafatı, yoxsa nə olduğunu təxmin etmək qeyri-müəyyəndir.
Deməli, “Aydın və Fəxrəddin Quliyev qardaşları adına 4 nömrəli Evtikmə Kombinatı” MMC (VÖEN - 1007519651) ləğv olunduğunu elan edib.
Paralel.az xəbər verir ki, bu barədə məlumat “Vergilər” qəzetinin rəsmi veb-saytında yerləşdirilib.
Elanda bildirilir ki, kreditorlar iki ay ərzində tələblərini Bakı şəhəri, Xətai rayonu, Yusif Səfərov küçəsi, ev 50 ünvanına bildirə bilərlər.
Dövlət Vergilər Xidmətinin Kommersiya qurumlarının dövlət reyestri məlumatlarında göstərilir ki, "Aydın və Fəxrəddin Quliyev qardaşları adına 4 nömrəli Evtikmə Kombinatı" MMC ləğv elanı ilə eyni gündə - 31 mart 2022-ci il tarixində dövlət qeydiyyatına alınıb.
Paralel.az